Bia.Az

TƏCİLİ! Putindən DƏHŞƏTLİ XƏBƏRDARLIQ: "Bu ölkələri yer üzündən siləcəyik!"

Dünya
 11-12-2022, 13:06     195

"Rusiyaya hücum etməyə cəsarət edən hər bir ölkə yer üzündən silinəcək..."

Rusiya prezidenti Vladimir Putin Qırğızıstanın paytaxtı Bişkekdə keçirilmiş mətbuat konfransında diqqətçəkən açıqlamalar verib.

Musavat.com-un xəbərinə görə, Putin deyib ki, Rusiya ABŞ kimi qabaqlayıcı nüvə hücumu strategiyasına sahib deyil.

"Rusiyaya nüvə silahı ilə hücum etməyə qərar verən düşmən yer üzündən silinəcək. Biz müntəzəm olaraq nüvə imkanlarımızı sınaqdan keçiririk" - Rusiya lideri xəbərdarlıq edib.

Rusiyanın hücuma məruz qalacağı təqdirdə inkişaf etmiş hipersəs silahları ilə güclü cavab verəcəklərini vurğulayan Putin bildirib ki, Moskva ABŞ-da olmayan hipersəs raket sistemlərinə sahibdir.

Putin Rusiyanın gələcəkdə Ukrayna ilə bağlı razılaşmalar əldə edə biləcəyini, lakin Minsk razılaşmasının pozulması ilə özünə qarşı xəyanət hiss etdiyini bildirib.

Rusiya lideri bəyan edib ki, 2014 və 2015-ci illərdə Belarusun paytaxtı Minskdə atəşkəs razılaşmasına vasitəçilik edən Almaniya və Fransa Rusiyaya xəyanət edib və hazırda Ukraynanı silahla təmin edir.

ABŞ-ın basketbolçu Britni Qrinerin qarşılığında rus silah taciri Viktor Butu azad etməsi məsələsinə də toxunan Putin iki ölkənin kəşfiyyat xidmətləri arasında əlaqələrin davam edəcəyini vurğulayıb, ABŞ və Rusiya arasında daha çox məhbus mübadiləsinin aparılacağını bildirib.
Rusiya prezidenti, həmçinin qeyd edib ki, Ukraynada döyüşmək üçün əlavə qoşunların cəlb edilməsinə ehtiyac yoxdur, çünki hələ cəbhələrə göndərilməyən 150 min yeni döyüşçü var.скачать dle 12.1