Bia.Az

Rusiyada aktivist qız "atamı sevirəm" plakatına görə cərimə edildi - FOTO

Dünya
 5-12-2022, 00:47     67

Rusiyanın tərkibindki Tatarıstan Respublikasının paytaxtı Kazan şəhər məhkəməsi bir qızı “Rusiya ordusunu gözdən salmaq” maddəsi ilə cərimə edib.

Musavat.com xarici agnetliklərə istinadən xəbər verir ki, Svetlana Poteryaxina adlı qız 30 min rubl cərimələnib. Gənc qızın cəzaya məruz qalmasının tək səbəbi müharibə əleyhinə təşkil olunan mitinqdə "Atamı sevirəm" plakatını qaldırması olub. Bundan başqa, o, bu aksiyada iştirak etməyə görə 10 min rubl məbləğində cərimələnib.

Qeyd olunur ki, sözügedən aksiya sentyabrın 24-də baş tutub. Orada Svetlana və bir neçə digər iştirakçı nəzarətə alınıb və onları iki gün polis idarəsində saxlayıblar.

Poteryaxinanın sözlərinə görə, həbs zamanı polis əməkdaşları onları döymək, qrup təcavüzü və terrorizmlə bağlı məqalə ilə cinayət işinin açılması ilə hədələyiblər. İdarədə saxlanılanlara yemək və su verilməyib və hətta tualetdən su içmək təklif olunub.

Bununla bağlı Rusiya Daxili işlər nazirliyi hər hansı açıqlama verməyib.скачать dle 12.1