Bia.Az

Dünya zülmətə qərq ola bilər – Bu gündən etibarən...

Dünya
 2-12-2022, 01:15     275

Son aylarda Yer kürəsini tez-tez Günəşdəki partlayışlar vurur. Bu səbəbdən Yer kürəsinin böyük ehtimalla geomaqnit qasırğası ilə üzləşəcəyi düşünülür.

Teleqraf.com xəbər verir ki, Günəş fırtınaları xəbərlərinin artmasına səbəb Yerin 11 illik Günəş tsiklində olmasıdır.

Qarşıdakı bir neçə gündə Yer kürəsini yeni günəş fırtınasının vuracağı gözlənilir.

Amerikalı elm adamları noyabrın 28-də Günəşin atmosferində dəlik aşkar ediblər. Məlumata görə, Günəşin ekvatorundan keçən ekvatorial tac dəliyi göy cisminin “Yerə baxan hissəsi”ndə aşkar olunub. Bu dəlikdə sabahdan etibarən fırtınanın başlayacağı iddia edilir.

Elm adamlarının G1 adlandırdıqları Günəş fırtınasının elektrik şəbəkəsi və peyklər üçün problemlər yarada biləcəyi deyilir.

Mütəxəssislər bu partlayışlara görə Karrinqton hadisəsini xatırladıblar. 1859-cu ildəki bu püskürmə indiyə qədər qeydə alınan ən böyük Günəş fırtınası sayılır.


Mütəxəssislər durumun getdikcə pisləşməsi səbəbindən dünyanın qaranlığa qərq ola biləcəyini iddia edirlərскачать dle 12.1