Bia.Az

“Krım Rusiya üçün tələdir”- Zelenskinin müşaviri

Dünya
 28-11-2022, 15:59     169

“Krım hərbi əməliyyatların gedişində Rusiya üçün tələdir”.

Azpost.info xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

O bildirib ki, Ukrayna qoşunları yarımadaya yaxınlaşan kimi Krım körpüsünü dağıdacaq. Bunun nəticəsində təchizatı Ukrayna Silahlı Qüvvələrinin raketlərinin atış məsafəsində olacaq gəmilər təmin etməli olacaq.

“Ukrayna Silahlı Qüvvələrinin Krımın darvazalarına yaxınlaşması dağılan Krım körpüsü deməkdir. Təchizat gəmi ilə gedəcək. Amma ora soxulmağa çalışan istənilən gəmiyə, ora uçmağa cəhd edən istənilən təyyarəyə Ukrayna raketləri asanlıqla çatacaq. Krıma yaxınlaşmaqla onun hüdudlarından çox kənarda olan hər şeyi bloklayırlar”, – Arestoviç qeyd edib.скачать dle 12.1