Bia.Az

Şahzadə Diana misirli iş adamından hamilə qaldığı üçün öldürülüb?

Dünya
 28-11-2022, 00:40     155

Şahzadə Diana və onun sevgilisi Dodi Əl Fayedin avtomobil qəzasında həlak olmasından iyirmi ildən çox vaxt keçsə də, faciəvi qəza ilə bağlı yeni iddialar ortaya çıxmağa davam edir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “OK Magazine” xəbər verir. Dodi Əl-Fayedin atası Məhəmməd Al-Fayed-in sözlərinə görə, ABŞ kəşfiyyatçıları avtomobillərində Diana ilə Dodinin söhbətini dinləmək üçün peyklərdən istifadə ediblər və oradan cütlüyün uşaq gözlədiyi məlum olub.

“Bir gün həqiqət üzə çıxacaq. Sübutlar onun oğlumdan hamilə qaldığını göstərəcək. Diana və Dodinin müsəlmandan uşaq gözlədiyi üçün öldürüldüyünə inanıram”,-deyə ata Əl-Fayed söyləyib.

Onun sözlərinə görə, düzgün məhkəmə-tibb ekspertizası keçirilsə idi Diananın həqiqətən hamilə olması üzə çıxacaqdı. Misirli iş adamının iddiasına görə, ölüm faktı təsdiq edildikdən dərhal sonra Diananın orqanları çıxarılıb.

Məhəmməd Əl-Fayedin vəkilləri şahzadə Diana ilə bağlı 100-dən çox məxfi sənəd və qeydlərin Milli Təhlükəsizlik Agentliyinin (NSA) məxfi qərargahı olan Fort Mid anbarında saxlanıldığını bildirirlər.скачать dle 12.1