Bia.Az

Nikolun bəyanatı imzalamamasına Putinin reaksiyası

Dünya
 24-11-2022, 01:43     14

Nadir hallarda bütün məsələlərdə razılığa gəlmək olur.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin KTMT-nin sammiti çərçivəsində Ermənistan Baş naziri Nikol Paşinyanla İrəvanda keçirdiyi ikitərəfli görüşdə deyib.

Buna baxmayaraq, Putin ümumilikdə Ermənistanın çox faydalı və intensiv iş gördüyünü bildirib.

Qeyd edək ki, 23 noyabrda KTMT KTŞ-nın İrəvanda keçirilən sammitində Nikol Paşinyan “KTMT KTŞ-nın bəyanatı” və “Ermənistan Respublikasına yardımın göstərilməsi üzrə birgə tədbirlər haqqında” sənədləri imzalamaqdan imtina edib. Paşinyan bildirib ki, sənədlər kifayət qədər işlənməyib və bu formada onları imzalamağa hazır deyil.скачать dle 12.1