Bia.Az

“Rusiya çökərsə, KTMT ölkələri onun qalıqları altında qalacaq” - Lukaşenko

Dünya
 24-11-2022, 01:22     284

Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, KTMT-nin gələcəyi Rusiyanın Ukraynada keçirdiyi “xüsusi əməliyyat”ın uğurundan asılıdır.

“Report” BelTA-ya istinadla xəbər verir ki, bu barədə Belarusun dövlət başçısı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitində danışıb.

Belarus lideri bildirib ki, son vaxtlar mətbuatda KTMT-nin həyat və aqibətinin Rusiyanın Ukraynada keçirdiyi “xüsusi əməliyyat”ın nəticəsindən asılı olduğu tezisləri inkişaf edir:


"Rusiya qalib gəlsə, KTMT yaşayacaq. Allah eləməsin, qalib gəlməsə, KTMT mövcud olmayacaq”.


O qeyd edib ki, bu məsələdə Təşkilat vahid fikrə gəlib: “Əgər Rusiya çökərsə, o zaman bizim yerimiz onun qalıqları altında olacaq”.скачать dle 12.1