Bia.Az

Tramp prezidentlik iddiasını rəsmiləşdirdi

Dünya
 16-11-2022, 12:45     162

ABŞ-ın sabiq prezidenti Donald Tramp 2024-cü ilin seçkisində dövlət başçısı postuna namizəd olmaq istəyir. “Fox News” telekanalının məlumatına görə, sabiq prezident noyabrın 15-də Federal Seçki Komissiyasına rəsmi ərizə ilə müraciət edib.

Novator.az bildirir ki, 1946-cı il təvəllüdlü Donald Tramp Pensilvaniya Universitetinin Uorton Biznes Məktəbini bitirib, bütün karyerasını tikinti biznesinə həsr edib.
2016-cı il noyabrın 8-də keçirilmiş ümumxalq seçkisində Respublikaçılar Partiyasının namizədi olan Donald Tramp Demokratlar Partiyasından Hillari Klintonu məğlub edib. O, 538 nəfərlik Seçicilər Kollegiyasına 306, Hillari Klinton isə 232 nümayəndə qazanıb. Seçicilər Kollegiyası həmin il dekabrın 19-da prezident seçkisi ilə bağlı yekun qərarını verib. Səsvermədə 304 nəfər Donald Trampı, 227 nəfər Hillari Klintonu dəstəkləyib. Seçicilər Kollegiyasındakı səsvermənin nəticəsi Konqresin 2017-ci il yanvarın 6-da keçirilən iclasında təsdiqlənib. Donald Tramp yanvarın 20-də səlahiyyətlərinin icrasına başlayıb.
2020-ci ilin prezident seçkisində Donald Tramp Demokratlar Partiyasının namizədi Cozef Baydenə uduzub.
1942-ci il təvəllüdlü Cozef Bayden Delaver Universitetini tarixçi və politoloq ixtisasları ilə bitirib, həmçinin Sirakus Universitetinin Hüquq Məktəbində təhsil alıb.
7 dəfə ABŞ Konqresinin yuxarı palatası olan Senatın üzvü seçilib. 2009-2017-ci illərdə vitse-prezident postunu tutub.
2020-ci il noyabrın 3-də keçirilmiş prezident seçkisinin ümumxalq səsverməsi mərhələsində Cozef Bayden Seçicilər Kollegiyasına 306, Donald Tramp 232 nümayəndə qazanıb. Seçicilər Kollegiyasındakı 14 dekabr 2020-ci il səsverməsi də 306:232 səs nisbəti ilə Cozef Baydenin xeyrinə yekunlaşıb. 2021-ci il yanvarın 7-də ABŞ Konqresi Cozef Baydenin prezident seçilməsini təsdiqləyib. Yanvarın 20-də Cozef Bayden prezident andı içib.
ABŞ Konstitusiyasına görə, eyni şəxs yalnız iki dəfə prezident seçilə bilər.скачать dle 12.1