Bia.Az

“PATRUŞEV YAXIN 5-10 GÜNDƏ ÇİNƏ GETSƏ...” – “Diktator yaxın günlərdə hakimiyyəti itirəcək”

Dünya
 14-11-2022, 18:43     157

Prezident Putini artıq «çıxdaş» etməyə başlayıblar. Diktator əlverilməz olub, heç kim onunla danışmır. Ona görə də, yaxın günlərdə o, hakimiyyətini itirə bilər.

Bu fikri «Arqument» layihəsinin yeni buraxılışının efirindən yazıçı və siyasi texnoloq Mixail Şeytelman bölüşüb («UNİAN»).
O, qeyd edib ki, Rusiya Federasiyasının (RF) heç bir planı yoxdur, Kreml tələsgənliklə fəaliyyət göstərir. «Mən, hesab edirəm ki, onların hazırda ssenarisi yoxdur, çünki Rusiyanın nə strategiyası, nə də taktikası yoxdur… Son günlər onların etdiklərinin hamısı Xersondan tez-tələsik çəkilməkdən ibarət olub, yəni ki, qərarlar elə indi yerindəcə verilir. Və ümumiyətlə, artıq son bir neçə ayda onların nə strategiyası, nə taktikası olub. Səhər nəyi qərara alıblarsa, onu da edirlər. Hazırda onların müəyyən həyat mərhələsi başa çatıb - Xerson mərhələsi» - Şeytelman danışıb.

“Ancaq RF-da heç nə alınmadı, heç nə istiqamətlənmədi. Ona görə, Şeytelman qeyd edir, onlar yeni taktika seçməli olurlar. Əlbəttə, RF hələ də Ukraynanın infrastukturunu məhv etmək istəyir, amma bunun diplomatik tərkib hissəsi də var. Amma mənə elə gəlir ki, hazırda rusiyalılar özləri üçün dönüş mərhələsinə çatıblar ki, onlara daha bir ağır qərar qəbul etmək lazım gələcək. Və bu, artıq Stremousov deyil, bu, artıq heçab edirəm ki, Putinin özüdür. Başqa sözlə, onu heç də asan tale gözləmir, mümkündür ki, bütün səlahiyyətlərini də...» - Şeytelman hesab edir.
Ekspertin sözlərinə görə, artıq dəfələrlə deyilib ki, Xerson Putin idarəçiliyinin qurtardığı nöqtə ola bilər. Amma fikirləşmək lazım deyil ki, hər şey onunla başa çatacaq ki, RF diktatorun ölümünü elan edəcək. Hər şey daha tez başa çatacaq, Şeytelman hesab edir. Sadəcə, Putinin idarəçilik rıçaqlarını əlindən alacaqlar, ona qərar qəbul etməyi və siyasilərlə münasibətdə olmağı qadağan edəcəklər. Bu proses bir neçə ay vaxt apara bilər.

«İndi biz, Patruşevin əllərini diqqətlə izləməliyik… Və mən, sizə deyirəm ki, əgər Patruşev yaxın beş gündə Çinə getsə və ya o, bunu 10 gün sonra etsə, bu, o demək olacaq ki, o, Putini çıxdaş etməyə gedir» - Şeytelman hesab edir.
Diktatorun özü çətin ki, hakimiyyəti versin. Ancaq indi heç kim ondan soruşmayacaq, ekspert qeyd edir.
«Mən inanmıram ki, Putin öz hakimiyyətini kiməsə verməyə hazır olsun, ümumiyyətlə, mütləq olaraq inanmıram. Amma bu hakimiyyəti Putinin əlindən ala bilərlər, heç kim, artıq ondan soruşmayacaq… Zelenski ucadan deyib ki, biz Putinlə danışmayacağıq. Bayden isə fakt üzrə Putinlə danışmayacaq. Niyə? Bu, artıq ona lazım deyil, o, cəlladla bir sırada otura bilməz. O, Putini cəllad, qəssab adlandırıb» - Şeytelman əlavə edib./AzPolitika.info/скачать dle 12.1