Bia.Az

İstanbulda 65 yaşdan yuxarı şəxslərə paketlər çatdırılır

Dünya
 8-04-2020, 17:06     340

İstanbulda 65 yaşdan yuxarı şəxslərə paketlər çatdırılır“İstanbulda 1 milyon 150 min nəfərə paket çatdıracağıq”.

“bia.az” “Hurriyet”ə istinadən xəbər verir ki, bunu İstanbulun valisi Ali Yerlikaya bildirib.

Onun sözlərinə görə, bu məqsədlə İstanbul pilot bölgə seçilib: “İstanbul üzrə 65 yaşdan yuxarı 1 milyon 150 min paketimizi çatdırmağa başladıq. Böyüklərimizə müraciət etmək istəyirəm. Dəyərli böyüklərimiz, sizlər başımızın tacısınız. Hamımız sizin üçün səfərbər oluruq. Bu müddətdə qida, sağlamlıq və gigiyenik məhsulları evinizə biz çatdırırıq. Evdə qalaraq koronavirusu məğlub edəcəyik”.скачать dle 12.1