Bia.Az

Rusiya televizyasının kremlpərəst aparıcısının Xerson çaşqınlığı- VİDEO

Dünya
 12-11-2022, 01:09     173

Rusiya qoşunlarının Xersonu tərk etməsi xəbəri yerli medianı da qarışdırıb.

Musavat.com xəbər verir ki, xüsusilə Kremlin qara təbliğatçılarının çaşqın vəziyyəti hiss olunur.

Bunlardan biri də hakimiyyət yaxın “NTV” kanalında “Görüş yeri” (“Mestro vstreçi”) proqramının aparıcısı, rejimin qatı tərəfdarı Andrey Norkindir.
Rusiya qoşunlarının Xersonu tərk etməsinə rusiyalı jurnalistin mövqeyi olduqca maraqlı olub.

“Əgər sizlər mənim baş verənlərə münasibətimi gözləyirsinizsə, mən heç nə deməyəcəm. Çünki əgər mən ordunun Xersonu buraxıb getmək qərarını dəstəklədiyimi elan etsəm, bu, mənim tərəfimdən Rusiyanın ərazi bütövlüyünün pozulmasına çağırış kimi qəbul olunacaq. Bu isə Rusiya Cinayət Məcəlləsini 280-ci maddəsinin 1. bəndi ilə nəzərdə tutulmuş cinayət sayılır. Buna görə bir neçə ilə həbs cəzası nəzərdə tutulub. Əgər mən Müdafiə nazirliyinin bu qərarının doğru olmadığını desəm, bu, Rusiya ordusunun gözdən salınmasına yönəlik hərəkət sayılacaq. Buna görə elə həmin maddənin bu dəfə 3-cü hissəsində (ordunun gözdən salınması) eyni müddətə cəza nəzərdə tutulub. Mən isə həbsə girmək istəmirəm”,-deyə aparıcı bu sözləri işlədib.скачать dle 12.1