Bia.Az

Britaniya kəşfiyyatı: “Kreml uğursuzluqların günahını ordunun üzərinə atmağı planlaşdırır”

Dünya
 6-11-2022, 15:56     168

Rusiya hərbi rəhbərliyində baş verən son istefalar Kremlin Ukraynaya qarşı müharibədəki uğursuzluqlarına və yanlış hesablamalarına görə günahı generalların üzərinə atmağa hazırlaşdığını göstərir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin Ukraynadakı müharibə ilə bağlı noyabrın 6-na olan icmalında deyilir.

İcmalda noyabrın 3-də vəzifədən uzaqlaşdırılan general-polkovnik Aleksandr Lapinin yerinə, general-mayor Aleksandr Linkovun Mərkəzi Hərbi dairənin komandanı təyin edilməsinə diqqət çəkilib.  Britaniya kəşfiyyatı Lapinin daha öncə Çeçenistanın lideri Ramzan Kadırov və Vaqner OHŞ-nin rəhbəri Yevgeni Priqojin tərəfindən açıq şəkildə tənqid edildiyini xatırladıb.

"Bu istefalar döyüş meydanında uğursuzluqlara görə, Rusiyanın yüksək komandanlığını günahlandırma meylinin göstəricisidir. Bu, daxili auditoriyanın gözündə günahı Rusiya Federasiyasının yüksək rəhbərliyindən atmaq cəhdindən başqa bir şey deyil”,-deyə məlumatda bildirilir.

Britaniya kəşfiyyatının digər məlumatına görə, Rusiya səfərbər edilmiş ehtiyatda olan hərbçilərin və 120 min müntəzəm çağırışçının hazırlanmasında da çətinliklər yaşayır. Təcrübəli zabitlərin demək olar ki, hamısı ön cəbhədə vuruşduğu üçün həmin əsgərlərə təlim keçən qalmayıb. Buna görə də çağırışçılar və səfərbərliyə cəlb olunanlar minimal hərbi hazırlıq keçirlər. Üstəlik, onların bir çoxu 5-10 gündən sonra döyüş zonasına göndərilir. Hazırda Belarus ərazisi əsgərlərə təlim üçün istifadə olunur.скачать dle 12.1