Bia.Az

İranda etiraz aksiyalarına qatılan reper EDAM EDİLƏCƏK - FOTO

Dünya
 5-11-2022, 20:12     157

İranlı reper Samin Yasin cəmi 10 dəqiqə davam edən məhkəmədə İrandakı etirazlara dəstək vermək və Allaha qarşı müharibə aparmaq ittihamı ilə edam cəzasına məhkum edilib.

Musavat.com xəbər verir ki, oktyabrın 2-də etirazlara dəstək verdiyi üçün saxlanılan repçi Samin Yasinin edam cəzasına məhkum edilməsi onu sevənlər tərəfindən etirazla qarşılanıb.
Saxlanılan və işgəncələrə məruz qalan Samin Yasin ötən gün mühakimə olunub. Yasin ona qarşı irəli sürülən 11 ittihamı rədd edib.
Bütün məhkəmə prosesi İran dövlət televiziyası vasitəsilə canlı yayımlanıb. Məhkəmə 10 dəqiqəlik prosesindən sonra Yasin haqqında ölüm hökmü çıxarılıb.

Fgy0iESXEAAPdNgскачать dle 12.1