Bia.Az

SON DƏQİQƏ! Rus qoşunları Xersonu TƏRK EDİR - Banklar talan edilib, muzeylər isə...

Dünya
 4-11-2022, 16:31     193

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın enerji infrastrukturlarına hücumlarını "enerji terroru" kimi xarakterizə edib.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, bu hücumlar Rusiyanın zəifliyini göstərir.

"Bizi döyüş meydanında məğlub edə bilmədiklərinə görə xalqımız üzərində belə qələbə çalmağa çalışırlar" - Ukrayna lideri deyib.
Son həftələrdə Rusiya Ukraynadakı elektrik obyektlərinə PUA və raket hücumlarını intensivləşdirib. Zelenski bildirib ki, cəmi üç ay ərzində ölkədəki elektrik stansiyalarının üçdə biri məhv edilib. Ukrayna hökuməti əhalini elektrik enerjisindən istifadədə qənaətcil olmağa çağırır.
Rusiya Müdafiə Nazirliyi də Ukraynanın enerji infrastrukturunu hədəf aldığını təsdiqləyib.

Rusiya qoşunlarının əsas bölgə olan Xersondan çıxarılması ilə bağlı şayiələr yayıldıqdan sonra hücumlar daha da güclənib.
WhatsApp Image 2022-11-04 at 15.31.52.jpeg (284 KB)
Xersonda ruslar tərəfindən təyin edilmiş yerli inzibatçı Kirill Stremousov Rusiya mətbuatına bildirib ki, Moskva “yəqin ki” öz qoşunlarını bölgədən çıxaracaq.
Qərb mənbələrinin məlumatına görə, Rusiya ordusunun bölgədəki yüksək rütbəli hərbçiləri artıq şəhəri tərk ediblər. Şəhərdə nə baş verdiyi dəqiq bilinməsə də, BBC müxbiri Pol Adams bankların boşaldığını, muzeylərin talan edildiyini bildirir.
ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ukrayna qüvvələrinin şəhəri geri almaq gücünə malik olduğunu deyib.
Qeyd edək ki, Xerson Ukrayna və Qərbin tanımadığı referendumla Rusiyaya qoşulduğunu elan edən dörd bölgədən biridir. Müharibədən əvvəl şəhərin əhalisi 300 min nəfər idi, lakin dinc əhalinin təxliyəsi ilə bu rəqəmin iki dəfə azaldığı bildirilir.скачать dle 12.1