Bia.Az

RƏİSİ PAŞİNYANDAN NƏ TƏLƏB EDİB? – Regiondakı “xarici qüvvələr” kimlərdir?

Dünya
 2-11-2022, 17:49     192

“Regionda xarici qüvvələrin olması nəinki heç bir problemi həll etmir, əksinə onları daha da dərinləşdirir”.

"AzPolitika.info" erməni mediasına istinadla xəbər verir ki, bunu noyabrın 1-də İran Prezidenti İbrahim Rəisi Ermənistanın Baş naziri Nikol Paşinyanla Tehranda keçirilmiş danışıqlarının nəticələrinə həsr olunmuş brifinqdə deyib.

“Danışıqların gedişində biz bu nəticəyə gəldik ki, regionun məsələləri və problemləri region ölkələri nümayəndələrinin vasitəsilə həll edilməlidir. Regionda xarici qüvvələrin olması nəinki heç bir problemi həll etmir, əksinə onları daha da dərinləşdirir” - deyə, Paşinyan bildirib
Paşinyan isə öz növbəsində vacib hesab etdiyini bildirib ki, iranlı partnyorlar Ermənistan-Azərbaycan, Ermənistan-Türkiyə münasibətləri və  "Qarabağ probleminin" tənzimləməsi kontekstində baş verənlər barədə məlumatlı olmalıdırlar: “Biz regional təhlükəsizlik və sabitliyin təmin olunmasında İranın tutduğu prinsipial mövqeyi vurğulayır və qiymətləndiririk. Mən cənab Rəisiyə dünən Soçidə keçirilmiş üçtərəfli danışıqların nəticəsi barədə məlumat verdim və gündəlik haqda, regionda sabitlik və sülhün bərqərar edilməsi üçün cari proseslər barədə təəssüratlarımı bölüşdüm”.
İran Prezidenti isə regional sabitliyin İran üçün mühüm olduğunu vurğulayıb: “Qafqaz regionu İranın mədəni və sivilizasiya keçmişinin bir hissəsidir və biz bu regiona həssaslıqla yanaşırıq. Regionda təhlükəsizlik və sülhün bərqərar edilməsi İran İslam Respublikası üçün çox mühümdür”.
İqtisadi əlaqələrə toxunan Rəisi deyib ki, son aylar ərzində İran və Ermənistan arasında ticarət dövriyyəsi 43 faiz artıb, lakin bunu 3 milyard dollara çatdırmaq lazımdır. Xəbər verilir ki, Paşinyanın bu səfəri zamanı İran və Ermənistan arasında mövcud olan qaz əvəzinə elektrik sazişinin müddəti uzadılıb.

Ermənistan politoloqlarından Akop Badalyan deyib ki, Paşinyanın Tehrana səfəri ona Ermənistan-Qərb münasibətlərinin regionda geosiyasi dəyişiklik məqsədi güdmədiyini və Tehranın narahatlığına səbəb olmadığını izah etmək imkanı verib. Badalyan istisna etmir ki, Paşinyanın Tehrana səfəri əsnasında hərbi-texniki əməkdaşlıq məsələləri də müzakirə oluna bilərdi.
Qeyd edək ki, İran Prezidentinin “regionda xarici qüvvələrin olması nəinki heç bir problemi həll etmir, əksinə onları daha da dərinləşdirir" bəyanatı İrəvanın Avropa İttifaqı və ATƏT müşahidəçilərinin Azərbaycan-Ermənistan sərhədinə gətirməsindən narazılığını göstərir. Bu məsələ oktyabrın 6-7-də Praqada keçirilmiş dördtərəfli görüş zamanı razılaşdırılıb, daha sonra Avropa İttifaqı Nazirlər Şurasının 17 oktyabr toplantısında onun səlahiyyətləri Azərbaycanla razılaşdırılmadan genişləndirilib. Habelə, 2 aylıq nəzərdə tutulan missiyanın lazım gələrsə, uzadılması məsələsi də nazirlər tərəfindən təsdiq olunub.
Görünür, Paşinyanın Tehran səfəri zamanı İbrahim Rəisi ondan Avropa İttifaqı kontingentinin sərhəddən çıxarılmasını tələb edib. Rusiya da bu istiqamətdə İrəvana ciddi təzyiqlər edib, bölgəyə  KTMT müşahidəçilərini göndərmək istəyib.  Amma Paşinyan hökuməti KTMT-dən istədiyini ala bilmədiyimdən bu təklifi qəbul etməyib və bu qurumun faktiki mövcud olmadığını bəyan edib...
Gözləmək olar ki, ilin sonuna qədər Tehran və Moskva Avropa İttifaqı missiyasının Azərbaycan-Ermənistan sərhədindən çıxarılması ilə bağlı İrəvan qarşında qəti tələblər qoyacaq./"AzPolitika.info"/скачать dle 12.1