Bia.Az

Bayden Zelenskiyə niyə əsəbiləşib? - Sirr kimi saxlanan danışığın ŞOK DETALLARI

Dünya
 1-11-2022, 20:23     182

Minlərlə insanın həyatına son qoyan Ukrayna müharibəsi tam sürətlə davam edir. Qərb Rusiyaya qarşı sanksiyalar tətbiq etməklə yanaşı, Ukraynanı da silahla təmin edir.

ABŞ silah yardımında ən böyük paya malikdir. Vaşinqton administrasiyası müharibə başlayandan bəri ölkəyə milyardlarla dollarlıq silah göndərib.

Musavat.com "NBC News"a istinadən xəbər verir ki, Ukraynaya tam dəstək siyasətini davam etdirən ABŞ prezidenti Bayden və Zelenski arasında iyun ayında baş tutmuş və gizli saxlanan telefon danışığının detalları aylar sonra mətbuata sızıb.

Həmin telefon danışığında Bayden ABŞ-ın Ukraynaya 1 milyard dollarlıq hərbi yardım üçün yaşıl işıq yandırdığını söyləyən kimi Zelenski ona lazım olan və ala bilmədiyi bütün əlavə yardımları sadalamağa başlayıb.

Məlumata görə, Zelenskinin rəftarından sonra son dərəcə əsəbiləşən ABŞ lideri qəzəbini idarə edə bilməyib. Bayden Zelenskiyə cavabında deyib ki, Ukrayna ABŞ-a bir az minnətdar olmalıdır.


NBC News bu xəbəri Ağ Evdəki anonim mənbələrə əsaslandırıb. Sözügedən mənbəyə görə, Bayden Zelenskiyə qəzəbli və yüksək tonda deyib:
“Amerika xalqı və hökuməti çox səxavətlidir. ABŞ ordusu Ukraynaya kömək etmək üçün çox çalışır”.скачать dle 12.1