Bia.Az

Kanadada koronavirusa yoluxanların sayı artdı

Dünya
 7-04-2020, 13:00     277

Kanadada koronavirusa yoluxanların sayı artdıKanadada koronavirusa yoluxanların sayı 15 822 nəfərə yüksəlib.

“atamedia.az” xəbər verir ki, bu barədə Kanadanın Səhiyyə nazirliyi məlumat yayıb. Qeyd olunub ki, ölkədə 293 nəfər koronavirusun qurbanı olub.

Ən çox infeksiyaya yoluxma Kvebek (7 944) və Ontario (4 347) əyalətlərində qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 208 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 300 000-i ötüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.скачать dle 12.1