Bia.Az

Ağ Ev: “ABŞ Rusiyanın kommersiya peyklərinə endirdiyi zərbələrini cavabsız qoymayacaq”

Dünya
 28-10-2022, 01:20     181

Birləşmiş Ştatlar Amerikanın istənilən infrastrukturuna, o cümlədən kommersiya peyklərinə vurulan zərbəyə cavab verəcək.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi jurnalistlər üçün brifinq zamanı deyib.

ABŞ rəsmisi cavabın nə olacağını konkret dəqiqləşdirilməyib. Kirbi Rusiyanın hazırda peyk əleyhinə sistemlər əldə etməyə çalışdığını da söyləyib.

Qeyd edək ki, ötən həftənin cümə axşamı günü Rusiya Xarici İşlər Nazirliyinin Silahların yayılmaması və silahlara nəzarət departamentinin rəis müavini Konstantin Vorontsov RF-nın Ukraynadakı müharibədə istifadə edilən peykləri qanuni hədəflər hesab etdiyini bildirmişdi.

Con Kirbi prezident Baydenin bu ilin noyabrın 15-16-da İndoneziyada keçiriləcək G20 sammiti zamanı Rusiya prezidenti ilə görüşmək niyyətində olmadığını da xəbər edib.скачать dle 12.1