Bia.Az

ABŞ, Britaniya və Fransanın birgə bəyanatı - Rusiyanın “çirkli bomba” iddiası barədə

Dünya
 25-10-2022, 01:24     194

Qərb ölkələri Ukraynanın öz ərazisində «çirkli bomba» tətbiqinə hazırlıq barədə Rusiyanın yalançı ittiamını rədd ediblər.

Amerika Birləşmiş Ştatları (ABŞ), Böyük Britaniya (BB) və Fransa Ukraynanın öz ərazisində «çirkli bomba» tətbiqinə hazırlıq barədə Rusiyanın bəyanatına yönəlik ümumi mövqedən çıxış ediblər. Belə ittihamlar «şəffaf yalançı» adlandırılıb. Dövlətlər Ukraynaya lazım olan qədər kömək göstərməyə hazır olduqlarını qeyd ediblər.

ABŞ, BB və Fransa xarici işlər nazirlərinin birgə xəbəri Birləşmiş Ştatların Dövlət Departamentinin rəsmi saytında dərc olunub («UNİAN»).

«Bu gün, bundan əvvəl bizim ölkələrimizin müdafiə nazirləri Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə onun xahişinə əsasən danışıblar. Bizim ölkələrimiz aydın şəkildə anladıblar ki, biz, hamımız Ruiyanın bu şəffaf yalançı iddiasını («çirkli bomba» barədə) rədd edirik. Dünya bunun eskalasiyanı artırmaq üçün bəhanə olduğunu görür. Biz, həm də Rusiya tərəfdən eskalasiya üçün işlədilən istənilən bəhanəni rədd edirik» - xarici işlər nazirliklərinin xəbərində deyilir.

Xarici işlər nazirləri həm də Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini ifadə ediblər. Onlar əmin ediblər ki, Ukrayna Rusiya təcavüzündən müdafiə olunmaq üçün lazım olan qədərində kömək alacaq.скачать dle 12.1