Bia.Az

Partiya sədri “Bandotdel”ə çağırılıb

Cəmiyyət
 22-10-2022, 01:01     229

Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli bu gün Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (“Bandotdel”) dəvət edilib.


“AzPolitika.info” xəbər verir ki, bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb.

Məlumatda A.Əsədlinin polisə çağırılmasına səbəb kimi "təşkil edilən şikayət" göstərilib.

Məlumatda bildirilir: "... təşkil olunmuş şikayətlər əsasında AY Partiyaya təzyiq göstərmək istəyirlər.
AY Partiya bəyan edir ki, bu hərəkətlərlə partiyanı, onun başqanını, funksionerlərini və üzvlərini siyasi fəaliyyətdən, yürüdüyü yoldan döndərmək mümkün olmayacaq".

“Təşkil edilən şikayətin” mahiyyəti barədə məlumat verilmir.


DİN hələ ki, partiya sədrinin polisə çağırılması barədə açıqlama verməyib.скачать dle 12.1