Bia.Az

Zibillikdə gecələyən ana və övladı barədə YENİ XƏBƏR

Cəmiyyət
 18-10-2022, 12:57     195

Xəbər verildiyi kimi Bakıda gənc qadının azyaşlı övladı ilə birgə küçədə gecələdiyi barədə görüntülər paylaşılmışdı.

Görüntülər paytaxtın Xətai rayonu, “Həzi Aslanov” metro stansiyasının yaxınlığında lentə alınıb. Ana və övladı ərazidəki qəbiristanlığın yanındakı zibillikdə qalırlar.

DİA.AZ-ın məlumatına görə, məsələ ilə bağlı Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə Bizim.Media-ya bildirib ki, ana və övladı gecələdikləri ərazidən qaçıblar:

“Hüquq mühafizə orqanları əraziyə gediblər. Amma ana ilə övladı orada yoxdur. Ehtimal olunur ki, qadının zərərli vərdişləri var. Bu səbəbdən o vəziyyətdədir”.

Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev isə həmin şəxslərin kimliyinin müəyyənləşdirilməsi ilə bağlı hələlik heç bir məlumat olmadığını bildirib.
скачать dle 12.1