Bia.Az

“Avtobusda yatıb qalmışdım, yaşa dolmuşam, heç nəyə həvəsim yoxdur”

Cəmiyyət
 13-10-2022, 10:19     173

“Yaşa dolmuşam, qocalmışam, heç nəyə hövsələm yoxdur. Kitab yazmaq istədim, yarımçıq qaldı. Çəkilməyə, veriliş aparmağa da həvəsim yoxdur”.

BİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti, diktor Ofeliya Sənani deyib. O, daha sonra əlavə edib.

“Baxmayaraq ki, bu gün diktor kimi çalışmıram, amma mənim evimdə 4 televizor var. Bir gün onların səsi gəlməsə mənim ürəyim partlayar. Hər televizorun da öz aparıcıları var. Onlar vurğuları düzgün vurmayand əsəbləşirəm. Amma tənqid etmək olmaz. Bütün bu iradları gizlin demək lazımdır” deyə diktor bildirib.

Diktor insanların bir-birinə laqeyd münasibətindən də gileylənib.

“O vaxt insanlarda böyük insaniyyət var idi. Bir-birinə hörmət, qayğı, sevgi var idi. Yadımdadır, bir dəfə avtobusda yuxu məni tutmuşdu, yatıb qalmışdım. Avtobusda da heç kim yox idi. Mən də o vaxt kinostudiyaya dublyaja gedirdim. Sürücü gəlib məni oyadıb demişdi ki, “qızım, sən həmişə burada düşürdün, düşürsən?”. Yaşlı kişi idi. Ona təşəkkür edib, bir az da güldüm. Yuxulu idim, əlimdən tutub avtobusdan düşürdü məni. Mən kinostudiyanın qapısından içəri girməyənə qədər kişi avtobusu sürüb getmədi” deyə sənətkar bildirib.

Ofeliya Sənani film həyatının yarımçıq qaldığını da bildirib.

“Qaynatam, böyük sənətkar Möhsün Sənani Ədil İsgəndərova demişdi ki, “gəlinimin ayağı kinostudiyaya dəyməyəcək, nə vaxt mənim ayağım bura dəyər, o da burada işləyər”. O istəyirdi ki, biz bir yerdə oynayaq. O qədər qısqanc idi ki, bunu hər dəqiqə hiss etdirirdi. Hətta bir dəfə “Dağlarda döyüş” filminin çəkilişində Şahmar Ələkbərova demişdi ki, Ofeliyanın əlindən tutma, burax onun əlini. Şahmar da deyirdi ki, “ay Möhsüm müəllim, təpədən düşürük, Ofeliya birdən yıxılar”. Çox qısqanc idi. Özü də həmin filmdə çəkilirdi” deyə o bildirib.
скачать dle 12.1