Rəşad Məcid: "Məndən ev, iş və maaş xahiş edirlər" - VİDEO
"Mətbuat Şurasından elə şeylər umurlar ki, sanki bura nazirlikdir. Məndən ev, iş və maaş xahiş edirlər".
Musavat.com xəbər verir ki, bu sözləri İTV-də yayımlanan 3D proqramında Dadaş Dadaşlinskinin qonağı olan Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib.
O əlavə edib ki, Mətbuat Şurası mətbuatın özünü tənzimləmə qurumudur: "Əlbəttə dövlətin tanıdığı jurnalist təşkilatlar içində ən nüfuzlusu Mətbuat Şurasıdır".