Bia.Az

Volodimir Zelenski xalqa MÜRACİƏT ETDİ- Ukraynada həyəcan

Cəmiyyət
 10-10-2022, 11:21     269

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya tərəfindən Kiyevin bombalanmasına münasibət bildirib.

Musavat.com xəbər verir ki, prezident xalqa  müraciət edərək onları sığınacaqları tərk etməməyə çağırıb. 

 "Rusiya 229-cu gündür Ukrayna xalqını məhv etməyə, yer üzündən silməyə çalışır. Ukraynanın müxtəlif yerlərində  hava hücumu səngimir. Raket zərbələri davam edir. Təəssüf ki, ölənlər və yaralananlar var”, - V.Zelenski vurğulayıb. Özünüzün və yaxınlarınızın qayğısına qalın. Gəlin, güclü olaq”.

Qeyd edək ki, bu gün səhər saatlarında Rusiya Ukraynanın paytaxtı Kiyevə, həmçinin Jitomir, Xmelnitsk, Ternopol, Dnepr və Lvov vilayətlərinə raket zərbələri endirib. Raketlərdən biri Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin yaxınlığına düşüb.скачать dle 12.1