Məşhur icra başçısının oğlu Çinin ən böyük avtomobil brendini aldı - FOTOLAR
5 oktyabr tarixində “Efendiler Group”a yeni daxil olan “Chery” brendinin “Hilton” hotelində rəsmi təqdimat mərasimi keçirildi.
DİA.AZ xəbər verir ki, təqdimatda bir sıra məşhur şəxslər iştirak edib. Qonaqlar “Chery Tiggo” modellərinin hər bir xüsusiyyəti ilə yaxından tanış oldular.
“Bugün Chery brendinin Azərbaycanda yeni erasına start verilir. Biz qürur hissi ilə elan edirik ki, Çinin ən böyük avtomobil istehsalçılarından biri olan Chery brendi artıq Efendiler Group-a daxildir.” – Amal Əlili (Efendiler Group-un İcraçı Direktoru)
Chery Automobiles - 1997-ci ildə təsis olunmuşdur və artıq 25 ildir ki, fəaliyyət göstərir. Hal-hazırda “Chery” 80-dən çox ölkədə təmsil olunur və dünya üzrə 1500-dən çox satış mərkəzinə malikdir.
“Chery” ilə “Efendiler Group”-un əməkdaşlığı 2021-ci ildə başlayıb. Azərbaycanda bu avtomobillərin və ehtiyat hissələrinin satışı, texniki xidməti Bakı şəhəri, Babək prospekti, 37 ünvanında həyata keçirilir.
Qeyd edək ki, hal-hazırda Chery şirkətinin ən son korporativ standartlarına uyğun satış mərkəzinin tikintisi davam edir və qısa zamanda təhvil veriləcək.
Manset.az-ın əldə etdiyi məlumata görə "Əfendilər Group"un sahibi Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin oğlu Ənvər Vəliyevdir.