Bia.Az

Sahil Babayev məhkəmədə Qarabağ Qazisinə UDUZDU

Cəmiyyət
 26-09-2022, 15:43     77

Vətən Müharibəsi qazisi, 2-ci qrup əlil Aqil Süleymanlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışdığı əvvəlki vəzifəsinə bərpa olunmaq üçün məhkəməyə müraciət etmişdi.

Aqil Süleymanlının vəkili Əziz Qənbərli TİA. Az-a açıqlamasında bildirib ki, məhkəməni qazi qazanıb və o, əvvəlki işinə bərpa olunub:


“Müharibənin qızğın dövründə vaxtından əvvəl rütbəsi artırılan, cənab Prezident tərəfindən “Vətənə Xidmətə” görə medalı da daxil olmaqla 5 medalla təltif olunan Qarabağ qazisi, Aqil Süleymanovun işə bərpa tələbinə dair iddiamız Yasamal rayon Məhkəməsinin hakimi, hörmətli Toğrul Axundov tərəfindən tam təmin edilib. O, Dövlət Sosial Müdafiə Fondunda əvvəl işlədiyi şöbə müdiri vəzifəsinə bərpa edilib”,- vəkil bildirib.
скачать dle 12.1