Bia.Az

Səfərbərlikdən sonra Rusiyanı tərk edən kişilərin sayı açıqlandı - “Putin sərhəd qapılarını bağlaya bilər”

Cəmiyyət
 26-09-2022, 14:36     267

“Putin sentyabrın 21-də qismən səfərbərlik elan etdikdən sonra 250 mindən çox kişi Rusiyanı tərk edib”.


“AzPolitika.info” xəbər verir ki, bu barədə “Novaya qazeta” Prezident Adminsitrasiyasındakı mənbələrinə istinadla məlumat yayıb.

Məlumatı verən mənbənin fikrincə, Vladimir Putinin səfərbərliklə bağlı açıqlamalarından sonra Rusiyanı 261 min kişi tərk edib.

Xəbərdə bildirilir ki, Kreml daxilində hərbi yaşda olan kişilər üçün sərhədlərin bağlanmasıyla bağlı müzakirələr artlq başlayıb. Vladimir Putinin Müdafiə Nazirliyinin tələbləri əsasında sərhədləri bağlamağa hazırlaşdığı bildirilir.

Həmçinin qeyd olunur ki, səfərbərliklə bağlı elandan sonra Litva, Latviya və Polşa rusların ölkəyə girişini məhdudlaşdırıblar. Finlandiyanın da Rusiya vətəndaşlarının ölkəyə girişini tamamilə məhdudlaşdırmaq niyyətində olduğu bildirilir.скачать dle 12.1