Bia.Az

Elçin Sadıqovdan Əvəz Zeynallı ilə bağlı MÜHÜM MÖVQE AÇIQLAMASI - “Əvəz Zeynallının pul tələb etməsi məsələsi uydurmadır”

Cəmiyyət
 26-09-2022, 13:16     285

Bir neçə gün əvvəl həbsdən ev dustaqlığına buraxılan məşhur vəkil Elçin Sadıqov özünün və jurnalist Əvəz Zeynallının ittiham olunduğu Cinayət Məcəlləsinin 311- ci (rüşvət alma) maddəsi ilə fikirlərini açıqlayıb.

Konstutiya Məhkəməsinin vəzifəli şəxs anlayışı ilə bağlı şərhini xatırladan Elçin Sadıqov ittihamları rədd edib:

AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair 19 iyul 2013-cü il tarixli qərarında CM-nin 308-ci maddəsinin qeyd hissəsinə, vəzifəli şəxslər aşağıdakı halda vəzifəli şəxs hesab oluna bilər.

1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsinin mənasına görə:

– qanunvericiliklə müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, zabit, gizir və ya miçman olan hərbi qulluqçular hakimiyyət nümayəndəsi kimi vəzifəli şəxs hesab olunurlar;

– dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar.

Məlumatların, yayılması, yayılmaması və ya silinməsi heç bir hüquqi əhəmiyyət kəsb etmir, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsinə səbəb olmur, dəyişməsi və ya xitam olunması ilə nəticələnmir və ya nəticələnə bilən hərəkətlər deyildir.

Qeyd edilməlidir ki, AR Ali Məhkəməsinin 20 noyabr 2018-ci il tarixli, 1(102)-845/18 saylı (sədrlik edən hakim İmran Hacıqayıbov) qərarında Ali Məhkəmə birmənalı olaraq bildirmişdir ki, jurnalist məqalənin yayılması, yayılmaması və ya yayılan məlumatların çıxarılması ilə bağlı pul tələb etməsi jurnalistlərlə insanlar arasında hər hansı bir hüquq münasibətinin yaranmasına, xitamına və ya dəyişdirilməsinə səbəb olmadığından belə vəziyyətlərdə jurnalist vəzifəli şəxs hesab edilə bilməz.

Halbuki, Əvəz Zeynallının pul tələb etməsi məsələsi də tamamilə uydurmadır.

PĂDURARU Ruminyaya qarşı işdə Avropa Məhkəməsi bildirdi ki, Məhkəmə artıq müəyyən edib ki, presedent hüququ daxilindəki müxtəlifliklər (ixtilaflar) territorial mühakimə səlahiyyətinə sahib birinci və apellyasiya instansiya məhkəmələrinin mövcud olduğu istənilən məhkəmə sistemində ola bilər, və elə Ali Məhkəmənin də rolu aşağı instansiyalarda verilən məhkəmə qərarları arasındakı ixtilafları həll etməkdir (bax: Zielinski və Pradal və Gonzalez və başqaları Fransa-ya qarşı [GC], 24846/94 və 34165/96 ilə 34173/96, §) 59, AİHM 1999-VII). Hazırki işdə isə, qeyd etmək lazımdır ki, hətta Ali Məhkəmədə də müzakirə olunan hüquqi suallarla bağlı vahid presedent hüququ mövcud deyildi. (Bax: CASE OF PĂDURARU v. ROMANIA paraqraf 98).

Mənə və Əvəz Zeynallıya qarşı qondarma cinayət işi mənim insan hüquqlarını müdafiə etməyimə görə, Əvəz Zeynallının isə tənqidi jurnalist fəaliyyətinə görədir.

Ən azı Əvəz Zeynallı barədə də qətimkan tədbiri dəyişdirilməlidir.


Gununsesi.info
скачать dle 12.1