Bia.Az

Azərbaycanda ŞOK: 85 yaşlı kişi evlənmək üçün görün nə etdi... - FOTO

Cəmiyyət
 1-09-2022, 01:32     403

Son zamanlar qarşımıza çıxan tanışları, qohumları tanımaqda çətinlik çəkirik. Sanki hamısı bir həkimin əlindən çıxıb. Onları görəndə sözün əsl mənasında şoka düşürük. Maraqlısı odur ki, plastik əməliyyatlar yalnız gənclərin seçimi olmur. Bəzən əndazədən çıxmış yaşlı qadınlarla da üzləşirik. Sual yaranır - gözəllik həqiqətənmi qurban tələb edir?

Uzman doktor, Türkiyənin Trabzon şəhərində də çalışan Vüqar Ələkbərov Musavat.com-a bildirib ki, Azərbaycanda sinə və qarın əməliyyatları üstünlük təşkil edir:
IMG_3353_Original.jpg (103 KB)
"Türkiyə estetik əməliyyatların həm sayına, həm də keyfiyyətinə görə dünyada birincidir. Azərbaycanda estetik əməliyyatlara maraq Türkiyə ilə müqayisədə yüksəkdir. Bədən əməliyyatları üçün daha çox aprel-may aylarında və yay tətilindən sonra müraciət olunur. Tam formaya düşmək isə 5-6 ay çəkir. Qiymətlər pasiyentlərə görə dəyişir. Üzgərmə əməliyyatı 8-10 min manat civarında, burun əməliyyatı 5 min manat, qaş qaldırma, badam göz əməliyyatı 4-5 min manatdır. Vücud şəkilləndirmə - sinə, qarıngərmə əməliyyatı, liposaksiya 12-15 min manata başa gəlir. Ən çətin əməliyyat hesab olunur. Bura qolgərmə, qasıqgərmə əməliyyatı da əlavə oluna bilər.
IMG_5987.jpg (2.68 MB)
Belə olduqda qiymət yüksəlir. Ayaqların düzləşdirilməsi 3000-3500 manata başa gəlir. Türkiyədə bu qiymətlər ikiqat hesablanır. Oradakı pasiyentlərimin 99 faizi Avropa ölkələrindən (xüsusilə Almaniya), Amerika və Kanadadan gəlir. Azərbaycanda isə pasiyentlərin əksəriyyəti vətəndaşlardır. Daha çox orta yaş üzərində olan xanımlar müraciət edir. Onlar da analıq əməliyyatı və mədə kiçiltmədən sonra sinə, qarın sallanması ilə bağlı müraciət edənlərdir. Yaşlı xanımlar daha çox üzdartma, üzgərmə, boyungərmə, sinə dikləşdirilməsi, qarıngərmə, liposaksiya, qol dartma əməliyyatları etdirir.
C03D5332-5581-4AAB-9F0A-DFAD519BD9C8.JPG (400 KB)
Üzgərmə əməliyyatı üçün müraciət edənlərin əksəriyyəti 65 yaşdan yuxarı olur. 4-5 il bundan öncə 85 yaşında bir kişi pasiyent evlənirdi deyə üzdartma əməliyyatı etdirdi. 
Əgər ciddi bir qüsur yoxdursa, birinin gəlib mən başqa birinə oxşamaq istəyirəm deməsi normal hal deyil. Dünya praktikasına əsasən, hər 100 pasiyentdən təxminən 10-da bir problem yarana bilər. Bu, həkimdən asılı deyil. Həkim bilərəkdən pasiyentə zərər verməz. Burada toxuma, genetika, immunitet amili əsas rol oynayır.
Maniken və kosmetoloqların üzlərində görüləcək işlər daha çox olur. Onlar sadəcə plastik əməliyyat deyil, gözəlliklərini tamamlamaq üçün kosmetoloji prosedurları da daim etdirməlidirlər. Dərinin elastikliyini qorumaq üçün pəhrizə və idmana riayət etmək lazımdır".
"Peşəkar həkimi necə seçməli" sualına Vüqar Ələkbərovun cavabı belə olub:
"Hazırda həkimi İnstaqramdakı işinə görə seçirlər. Bu, yanlışdır. Həkimin təhsilini araşdırmaq lazımdır. Son 1 ildə hansı konqreslərə gedib? Hansı texnikalarla işləyir? Peşəkar həkim elə əməliyyat etməlidir ki, pasiyentin siması dəyişməsin. Onun əməliyyat olunduğu diqqət çəkməməlidir. Pasiyentin istəyi ilə ola biləcəyini kombinə edib ortaya təbii forma çıxarmaq lazımdır".
Həkimin sözlərinə görə, kişilər daha çox burun əməliyyatına görə müraciət edirlər:
"Burun əməliyyatları may-iyul aylarında artır. Əsasən 17-50 yaş aralığında müraciət edirlər. Burun əməliyyatının cavan yaşlarda olunması məsləhətdir".
Qadınlara gəlincə,
"25-35 yaşlı xanımların əməliyyat sayı Avropaya doğru getdikcə azalır. Gənc xanımlar burunlarının hər hansı bir maniken, aktrisa burnu kimi olmasını istəyirlər. Pasiyentin genetikası uyğun deyilsə, bu barədə ona bildiririk. Çünki istənilən nəticə olmayacaq. Türkiyədə daha çox Nurgül Yeşilçay burun forması arzu olunur". 
Nurgül-Yeşilçay-An-accomplished-Turkish-actress-with-a-glamorous-beauty-Featured-Image.jpg (81 KB)скачать dle 12.1