Bia.Az

HÖKUMƏTIN TƏRƏDDÜDÜ BAŞA DÜŞÜLƏN DEYİL: ABU-nun Bakıdakı əsas kampusu və Moskvadakı filial binası müsadirə olunmalı, Elşad Abdullayevin dövlətə və ayrı-ayrı şəxslərə vurduğu ziyanın kompensasiyasına yönəldilməlidir

Cəmiyyət
 22-08-2022, 15:38     334

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru, törətdiyi korrupsiya, dələduzluq və başqa növ cinayətlər sübuta yetirilmiş, Fransada sığınacaq tapmış, həyazıcasına Azərbaycan dövlətini, ölkəmizin yüksək rütbəli şəxslərini şantaj və ittiham edən Elşad Abdullayev ən böyük zərbəni Azərbaycan gənclərinə, ABU-nun təhsili yarımçıq qalmış, ödədikləri təhsil haqları boşa xərclənmiş tələbələrinə vurdu. Doğrudur, onların bəziləri ölkəmizin başqa ali təhsil müəssisələrinə köçürülsələr də, heç də hamısı təhsillərini davam etdirə bilmədi. Yaşadıqları məyusluq səbəbindən talelərini başqa peşəyə, sənətə bağlayanlar oldu, bərpa olunmayan bu böyük itki ilə barışıb arzusu ürəyində qalanlar az olmadı. Onlara həm maddi, həm mənəvi ziyan vuruldu ki, onların da məhz Elşad Abdullayevin kompensasiya etməsinə nail olunması Azərbaycan dövlətinin vəzifəsidir.


Yeri gəlmişkən, Elşad Abdullayevin ədalət mühakiməsi qarşısına çıxarılıb cəzalandırılması zaman məsələsi olsa da, onun əməlləri ilə zərərçəkənlərə dəymiş ziyanın bir qisminin ödənilməsi üçün mənbə vardır – ABU-nun Bakıda yerləşən əsas binası və Moskvadakı filialının binası müsadirə oluna bilər. Azərbaycan hökumətinin nədən bu məsələdə tərəddüd etməsi başa düşülən deyil.

Universitetin Moskva filialının binasının  hazırda  60 milyon dollara yaxın qiyməti vardır. Elşad Abdullayevin dövlətə, cəmiyyətə vurduğu ziyanın fərqində olan hamı bu fikirdədir ki, Azərbaycan dövləti oğurlanmış milyonların hesabına tikilən binasına və  binanın ərazisindəki tələbə yataqxanasına  sahib çıxmalıdı. Bu, Vətən xaini kimi hesaba alınan Elşad Abdullayevin oğurladığı milyonların bir hissəsinin ölkəyə qaytarılması üçün ələ düşən yeganə şansdır.

Rusiyada yaşayan soydaşlarımızın “Qanun və Hədəf” qəzeti redaksiyasına verdikləri məlumata görə, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) Moskva filialının qanunsuz tikintisi ilə əlaqədar Moskva vilayətinin Tikintiyə Nəzarət Baş İdarəsi tərəfindən Odintsovo şəhərinin administrasiyasına müraciət olunub və bundan sonra Odintsovo şəhərinin administrasiyası məhkəməyə müraciət edərək, Azərbaycan Beynəlxalq Universitetinin (ABU) Moskva filialının binasının sökülməsi ilə bağlı qərar çıxarılması iddiası ilə çıxış edib. Fransada siyasi sığınacaq almağa çalışan ABU-nun rektoru Elşad Abdullayev vəkilləri vasitəsi ilə məhkəmə hakimlərini ələ almağa, həmçinin Odintsovo şəhər administrasiyasının gözlədiyi qərarının verilməsi üçün məhkəmə prosesinin yubadılmasına çalışır.  Eyni zamanda Rusiyada və Azərbaycanda ABU rəhbərinin əməllərindən zərər çəkmişlər kimi tanınan şəxslərin Rusiya Federasiyasının prezidenti Vladimir Putinə etdikləri müraciətlərdən sonra, ABU-nun Moskva filialı ilə bağlı Saratov Mülki və İnzibati İşlər üzrə Məhkəməsinin Kassasiya instansiyasında baxılması ilə bağlı qərar verilib. Bildirilir ki, bütün sənədlər Mülki və İnzibati İşlər üzrə məhkəmənin Kassasiya İnstansiyasına göndərilib və işə hansı hakimin baxacağı da məlum olub. ABU-nun Moskva filialı ilə bağlı iş Saratov Mülki və İnzibati İşlər üzrə Məhkəmənin Kassasiya instansiyasının hakimi A.Y.Ozerovanın icraatına verilib. Məhkəmənin vaxtı isə hələlik bəlli deyil.  Qeyd olunur ki, ABU-nun sabiq rektoru
 

Elşad Abdullayev Universitetin Moskva filialını satmaq üçün erməni iş adamı ilə razılaşıbmış. Lakin bundan xəbər tutan azərbaycanlı iş adamları məsələ ilə bağlı rəsmi Bakı və Moskvaya müraciət etdikdən sonra, onun bu niyyəti baş tutmayıb.  Fəaliyyəti dayandırılmış ABU-nun sözügedən filialı 2007-ci ildən 2010-cu ilə qədər keçmiş təhsil naziri Misir Mərdonovun rəsmi məktubu əsasında yaradılıb və filialın yerləşdiyi ərazi hazırda Fransa dövlətinə sığınan Elşad Abdullayevin adına rəsmiləşdirilib. ABU-nun Moskva filialının inşası təqribən 10 milyon dollara başa gəlib. Rusiyada təhsil ocağı tikmək üçün deklarasiya tələb edildiyini nəzərə alsaq, binanın Elşad Abdullayevin şəxsi vəsaiti hesabına tikilməsi istisna olunur. Elşad Abdullayev müvafiq deklarasiyanı doldurarkən 3 il ərzində xərclənən pulu Təhsil Nazirliyinin vəsaiti kimi təqdim edib. Məsələdən belə aydın olur ki, Rusiya rəsmiləri məhz bunu əsas gətirərək rəsmi Bakıya ABU-nun Moskva filialına sahib çıxması ilə bağlı müraciət edib. Amma Təhsil naziri əmlaka sahib çıxmaq istəməyib və bu səbəbdən də Rusiyanın müvafiq orqanları ABU-nun Moskva filialının yerləşdiyi binanın sökülməsi ilə əlaqədar məhkəməyə müraciət etməli olublar. İndi ABU-nun Moskva filialının sökülməsi ilə bağlı son qərar Saratovda veriləcək. Bununla da Azərbaycanın 10 milyon dollardan çox vəsaiti bir anlığa havaya sovrulmuş olacaq. Qeyd edək ki, ABU-nun Moskva filialının tədris korpusunun sahəsi 15 sotdur. Bundan əlavə, Moskva filialının yaxınlığında yataqxana da mövcuddur.//“Qanun və Hədəf”//скачать dle 12.1