Bia.Az

Ukraynada azərbaycanlı döyüşçü həlak olub - Qarabağlı balası "Gürcü legionu"nda rusa qarşı savaşırdı

Cəmiyyət
 16-08-2022, 17:13     243

Ukraynada döyüşlərdə azərbaycanlı döyüşçü həlak olub.

BİA.AZ bildirir ki, Ukraynanın Zaparoje vilayətinin Azərbaycanlılar Konqresinin sədri Vahid Təhməzovun "Report"un Şərqi Avropa bürosuna verdiyi məlumata görə, bu, əslən Zəngilan rayonundan olan, Ukraynada "Gürcü legionu"nun əsgəri Ağalarov Elşad Ağalar oğludur.

O, Donetsk vilayəti istiqamətində həlak olub.

V.Təhməzov bildirib ki, hazırda konqres onun cənazəsinin Azərbaycana göndərilməsi məsələləri ilə məşğuldur.
скачать dle 12.1