Bia.Az

SÜKAN ARXASINDA “GENERAL-POLKOVNİK MEHDİYEV”DİR!... – “Ə sən nə həyasız adamsan əə” (VİDEO)

Cəmiyyət
 9-08-2022, 00:20     334

Dövlət Gömrük Komitəsinin (DGK) keçmiş sədri Səfər Mehdiyevin yol polisi ilə kobud davranıçının əks olunduğu video yayılıb. Videonu “unikal.org” saytı əldə edib.

Görüntülərdə Yol Patrul Xidmətinin (YPX) 90-AA-978 dövlət qeydiyyat nişanlı "Galanvagen" markalı avtomobili saxladığı görünür. Avtomobildən düşən sürücü YPX əməkdaşını təhqir edərək "sən nə həyasız adamsan, əə...” deyə, ədalı halda özünü təqdim edir: “General-polkovnik Mehdiyev!”

Polis əməkdaşı isə ona "cənab general, nömrədə yazılmır axı, kimdi sürən, bizə deyiblər siqnal olmaz" cavabını qaytarır. İdman geyimində olan həmin şəxs (üzü görünmür - red.) ondan YPX avtomobilinin nömrəsini soruşur və "993" cavabını alır.
Sosial şəbəklərdə yayılan informasiyalara görə, 90-AA-978 dövlət qeydiyyat nişanlı "Galanvagen" markalı avtomobil "Vadi-4" MMC adlı şirkətin üzərinə qeydiyyatdadır. MMC-nin qanuni təmsilçisi Nəsir Məhərrəm oğlu Cəfərovdur. Bu şəxsin Səfər Mehdiyevin həmkəndlisi, Naxçıvanın Babək rayonu Nehrəm kəndindən olan qohumu olduğu bildirilir.
"AzPolitika.info"


BİA.az
скачать dle 12.1