Deputat: “Kommunal xərclər sıfırlansın”
Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev Azərbaycanda koronavirusla əlaqədar tətbiq edilən xüsusi karantin rejiminə görə əhaliyə güzəştlər edilməsini təklif edib.
bia.az-ın məlumatına əsasən, o, Azərbaycanda kommunal xidmət xərclərinin sıfırlanmalı olduğunu bildirib.
“Eyni zamanda, təklif edirəm ki, kreditlər dondurulsun”, - deyə R.Nurullayev əlavə edib.