Bia.Az

“NAZİRİ HAQLI HESAB EDİRƏM...” – Etibar Əliyev Emin Əmrullayevi müdafiə etdi

Cəmiyyət
 28-07-2022, 14:09     380

Jurnailstlər üçün keçirilən brifinqdə Təhsil naziri Emin Əmrullayev “Təhsilin keyfiyyətinə təsir edən əsas amil təhsil günlərinin sayıdır" fikrini söyləyib.

Nazir bununla bağlı deyib: "Nümunə göstərilən ölkələrin təhsil həftələrinin sayı təxminən 42-44 həftədir. Azərbaycanda isə bu müddət 36 həftədir və orta müddət sayılır. Təhsil işçisi olaraq bu müddətin artırılması yaxşı olardı. Lakin cəmiyyətimiz müddətin uzadılmasına ağrılı məsələ kimi baxır. Təhsil müddətinin iyunun 14-ə kimi uzadılması ilə bağlı islahatımız bu günə kimi də qınanılır. Təhsil almaqla, insan sağlamlığına vura biləcəyi zərərlə bağlı ciddi miflər mövcuddur. Oxumaqdan bu günə kimi kiməsə ciddi ziyan gəlməyib. Bu narahatlıqların elmi əsası yoxdur".

Nazir bildirib ki, uşaq nə qədər təhsillə çox məşğul olsa, gələcəyi bir o qədər yaxşı olar: "Uşaq çox dincələrsə, böyüyəndə ciddi problemləri ola bilər. Uşaqları oxumağa həvəsləndirməyə və cəmiyyəti də tədirs müddətinin uzadılmasına dəstək olmağa dəvət edirəm”.

Məsələyə münasibət bildirən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Etibar Əliyev, nazirin bu fikirlərində haqlı olduğunu bildirib: O, nazirin səsləndirdiyi fikirlərlə bağlı təhsil sistemləri inkişaf etmiş iki ölkələrdən nümunə gətirdi: “ABŞ-ın keçmiş Prezidenti Barak Obama pedaqoqlar qarşısında etdiyi çıxışlarının birində Cənubi Koreya təhsil sistemini tərifləmişdi. O, demişdi ki, bizim uşaqlar Cənubi Koreya uşaqlarından 1 ay az dərsə gedirlər. Buna görə də bu ölkənin uşaqları daha hazırlıqlı olurlar. Obama məktəb günlərinə yenidən baxılması və artırılmasını təklif etmişdi.
İkinci nümunə isə Çin nümunəsidir. Çin məktəbliləri ildə 2 dəfə dincəlirlər: Çin yeni ilində və yayda: 15 iyuldan 1 sentyabra qədər. Bu müddət ərzində orta və tam orta məktəblərin şagirdləri əlavə dərslərdə iştirak edir, yaxud müxtəlif fənnlərdən böyük həcmli ev tapşırıqlarını yerinə yetirirlər. Burdan belə nəticə çıxarmaq olar ki, Çin məktəbliləri digər ölkələrdəki həmkarlarından 2-3 dəfə çox öyrənir və çalışırlar.
Çin təhsil mütəxəssislərinin rəylərinə görə, belə gərgin yüklənmə şagirdlərin səhhətinə mənfi təsir göstərmir, əksinə onlar daha az xəstələnirlər. Biliklər qazanmağa edilən cəhdlər, yüksək nəticələrə motivasiya yaradır. 

Demək mümkündür ki, məktəb özünəməxsus sosial liftdir və çoxsaylı məktəblilər üçün gələcək karyera qurmaqda ilk pillədir. Çin şagirdləri təbiət elmlərindən və informatikadan ən çox qızıl medal alan şagirdlərdir. Bunun da səbəbi var. Olimpiadalara hazırlıq üçün böyük Olimpida düşərgələri fəaliyyət göstərir. Və öyrənmək həm də zaman baxımından ciddi rejimə salınır.
Göründüyü kimi, proqramların mənimsənilməsi üçün zaman faktoru mühüm amildir. Və naziri haqlı sayıram. Bu istiqamətdə ciddi maarifçiliyə ehtiyac vardır".скачать dle 12.1