Bia.Az

"Qoy bu yalan və böhtan xarakterli yazını yazanlar öz vicdanları və Allah qarşısında cavab versinlər"

Cəmiyyət
 20-06-2022, 13:54     477

"Son dövrlərdə müxtəlif saitlərdə Azərbaycan Dövlət Aqrar Universitetinin əməkdaşlarının və onun rəhbərliyinin fəaliyyətinə kölgə salan yalan və böhtan xarakterli yazılar yerləşdirirlər. Biz Azərbaycan Dövlət Aqrar Universitetinin bir qrup professor-müəllim heyyəti adından yalan və böhtan xarakterli verilmiş yazıya öz münasibətimizi bildiririk."

Azərbaycan Dövlət Aqrar Universitetinin professor-müəllim heyyəti tərəfindən BİA.AZ-a ünvanlanmış müraciətdə daha sonra deyilir:

"Biz ilk öncə onu qeyd etmək istəyirik ki, Azərbaycan Dövlət Aqrar Universiteti hörmətli rektorumuz İ.H.Cəfərovun rəhbərliyi altında özünün inkişaf yolunu keçmiş, artıq aqrar sahədə dünyəvi biliklərə malik yüksək ixtisaslı kadr hazırlığını həyata keçirir. Universitetdə yeni tələbə yataqxanası və tədris korpusu tikilərək istifadəyə verilmişdir. Bütün kafedralarda laborotoriyaların maddi-texniki bazasının yaxşılaşdırılması üçün yeni avadanlıqlarla təchiz olunmuşdur. Maşın-traktor parkı yaradılaraq müasir texnikalarla təmin olunmuş, quşçuluq, balıqçılıq, heyvandarlıq, istilikxana təsərrüfatları yaradılmış, tədris-təcrübə təsərrüfatı yenidən qurulmuşdur. Mühəndislik fakultəsi üçün tədris emalatxanası yenidən tikilərək lazımi avadanlıqlarla təchiz edilmiş və tələbə-müəllim kollektivinin istifadəsinə verilmişdir.

Ölkə başçısı yeni tikilmiş yataqxana və tədris korpusunun açılışında iştirak edərək universitet haqqında yüksək fikir söyləmişdir. Kənd Təsərrüfatı naziri və ölkəmizdə yerləşən səfirliklərin, dünya bangının nümayəndələri dəfələrlə universitetdə olmuş rəhbərliyin fəaliyyəti və görülən işlər haqqında xoş sözlər söyləmişlər. Universitetdə çalışan əməkdaşlar bunların şahidi olmuş və bu görüşlər kütləvi informasiya vasitələrində işıqlandırılmışdır.

Bu gün universitetdə yüksək ixtisaslı kadr hazırlığının həyata keçirilməsində də mühüm işlər həyata keçirilir. Tələbələrin nəzəri biliklərinin təcrübi baxımdan möhkəmləndirilməsi üçün onlar istehsalat prosesində iştirak edirlər. Bunun üçün universitet respublikamızda fəaliyyət göstərən ən qabaqcıl şirkət, firma və təsərrüfatlarla müqavilələr imzalamışdır.

Hal-hazırda universitet ikili diplom çərçivəsində Türkiyənin Ege universiteti ilə əməkdaşlıq edir. Ege universitetinin bir qrup professor-müəllim heyyəti Azərbaycan Dövlət Aqrar Universitetində tələbələrə laborotoriya, seminar və mühazirə dərsləri keçirlər.

Əziz oxucular , yuxarıda qeyd olunanlar Azərbaycan Dövlət Aqrar Universitetində görülən işlərin kiçik bir qismini göstərir. Bu gün universitetdə tam şəffafçılıqdır. Bunu universitetdə təhsil alan tələbələr və onların valideyinləri də təsdiq edərlər. Universitetdə imtahan sesiyası dövründə şəffaflığın izlənməsi üçün valideynlərlə görüşlər keçirilir, kütləvi informasiya vasitələrinin nümayəndələri dəvət olunur.

Azərbaycan Dövlət Aqrar Universitetinin bu cür inkişafında Ölkə Rəhbərliyinin diqqət və qayğısı ilə rektor İ.H.Cəfərovun böyük əməyi vardır.İbrahim Cəfərov bütün həyatını, elmi-pedaqoji fəaliyyətini universitetin inkişafına həsr etmişdir. İ.H.Cəfərov bu gün universitetdə rektor, əsl müəllim və alim kimi fəaliyyət göstərir. Onun rektorluq fəaliyyəti tələbə və professor-müəllim kollektivinin gözü qarşısındadır. Həmişə kollektiv içərisində olur tələbələr və əməkdaşlar tərəfindən müraciətlər olduqda yerində dinlənilərək həll olunur. Odur ki, İbrahim Cəfərov tələbə və professor-müəllim kollektivinin sevimli rektoruna çevrilmişdir.Məhz bunun nəticəsidir ki, Azərbaycan universitetləri arasında keçirilən rəy sorğusunda İbrahim Cəfərov iki dəfə ilin rektoru seçilmişdir. Onun müəllimliyidə göz qabağındadır. Hələ pandemiya dövründə belə universitetdə ilk onlayın dərsi özü keçmiş, keçdiyi bütün dərslər yutub kanalında yerləşdirilmişdir. Alim kimi fəlsəfə və elmlər doktorluğu proqramı üzrə doktorantlara rəhbərlik edir.

Son zamanlar bu cür inkişafı gözü götürməyən, şəffaflığa uyğunlaşa bilməyən bir qrup şəxslər (dıraqarası ziyalılar) universitet rəhbərliyi və əməkdaşları haqqında yalan və böhtan xarakterli müxtəlif saitlərdə yazılar yazırlar. Universitetin bütün kollektivi verilən yazıların yalan və böhtan xarakterli olduğunu bilirlər.

Bəs bu yazıları verən kimlərdir və onların məqsədləri nədir. Onların məqsədləri universitetdə keçirilən şəffaf seçkilərə kölgə salmaq, abırlı, layiqli ziyalıları şantaj və böhtan yolu ilə qorxutmaq və bu yolla universitetr rəhbərliyinə təsir etməklə öz məkirli niyyətlərinə nail olmaqdır. Verilən namizədlər arasında özünün qabiliyyəti, alimliyi, ziyalılığı və əsl insanlığı ilə fərqlənəni kafedra və fakultə əməkdaşları yaxşı bilirlər. Bəs bunları yazanlar kimlərdir. Universitetin fəaliyyətində heç bir əməyi olmayan müxtəlif vaxtlarda fakultədə keçirilən seçkilərdə iştirak edərək səs toplaya bilməyən və sonradan bununla barışmayan (dıraqarası) ziyalılardır. Hörmətli sait rəhbəri verilən yazıların yalan və böhtan xarakterli olmasını əməkdaşlarla apardığınız sorğudanda müəyyən edə bilərsiniz.

Biz Azərbaycan Dövlət Aqrar Universitetinin bir qrup professor-müəllim heyyəti kafedra müdirlərinin seçkiləri ilə əlaqəli rektorluq və əməkdaşlar haqqında yazılan yazının yalan və böhtan xarakterli olmasını bildiririk. Qoy bu yalan və böhtan xarakterli yazını yazanlar öz vicdanları və Allah qarşısında cavab versinlər."

BİA.AZ
скачать dle 12.1