Bia.Az

Sahibkardan Muxtar Babayevə SƏRT SÖZLƏR: "Müraciətlərimiz bir qara daş olub, qalıb nazirliyin kəndarında"

Cəmiyyət
 9-06-2022, 09:56     445

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi Akif Məmmədovun  qanunsuz əməlləri barədə məlumatlar səngimək bilmir. Sahibkar Novruz Gülməmmədov yenidən Qaynarxett.az-a müraciət etmişdir. Sahibkar deyir:

"ETSN-nin tabeli gurumunun rəhbəri Akif Məmmədovun qanunsuz amallarindan butun yuksak instansiyalara dəfələrlə müraciətlər olsada Akif müəllim öz yarıtmaz fəaliyyətini fasiləsiz davam etməkdədir. 6 sayli ekologiya idarasinin nəzarət etdiyi meşələrin qirilmasından, ətraf muhitin cirkləndirilməsindən, torpaqların qanunsuz dasınmasından va satılmasından, ərazilərə narkotiklərin əkilməsindən, butun bunlarin Akif müəllimin səxsi biznesi səviyyasində qurub-qurasdırdıgından cox yazmısıq, demişık, onlarla video-körüntüləri mətbuatda işıqlandırmışıq ancaq bu adamın arxası elə baglıdır ki, ona "gözün üstündə qaşın var" deyən yoxdur. Muəmmalı odur ki, Akif muallimi "sudan quru cıxardan" qüvvə kimdir va ya kimlərdir? Cünki canab nazir Muxtar Babayevə olunan coxsaylı müraciətlərimiz bir qara daş olub, qalıb nazirliyin kəndarında".

Sahibkar Novruz Gülməmmədov İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxslərin saxlanılması barədə bu gün yayımlanmış məlumatına da münasibət bildirmişdir:
"Yaxşı buna nə sözünüz var cənab nazir. Rayonun Ruşən kəndi ərazisindəki meşə massivində narkotik plantasiya salınır, külli miqdarda narkotik tərkibli bitkilər becərilir, hətta bitkilərə qulluq etmək üçün burada hovuzlar belə yaradılır, ancaq bütün bu həngamələrdən ETSN-nin tabeli gurumunun rəhbəri Akif Məmmədovun xəbəri olmur. Məgər bu beş günün, on günün işidi? O massivdə icazəsiz bir agaca toxunsan o dəqiqə kəsdirərlər başının üstünü. Deməli "torbada pişik oldugunu" görmək istəməyənlər var. Cinayət törədənləri tutub damlayırlar, bəs onla şərait yaradanlar necə olur... Ötən ay Şirvan şəhərindən İsmayıllıya gələrək burada narkotik tərkibli bitkilər becərir və vaxtaşırı qulluq göstərirlər, ancaq həmin sahəyə cavabdeh olan meşəbəyinin, ekologiya rəisinin xəbəri olmur... Bu səlahiyyətlilər ya vəzifələrinin öhdəsindən gələ bilmir, ya da... Hər iki halda bagışlanılmazdırlar, elə deyilmi cənab nazir?! Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu ciddi faktlara susqunluq nümayiş etdirməsi dogrudan da anlaşılan deyil."
Sonda sahibkar Novruz Gülməmmədov bu qanunsuzluqlar barədə Prezident İlham Əliyevə müraciət edəcəyini vurguladı:

"Susmaq hamımıza ziyan gətirər. Yəqin ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bundan sonra öz işində dönüş yaratmaga calışacaq".скачать dle 12.1