Bia.Az

Yalan ayaq tutub yeriməsin...

Cəmiyyət
 5-05-2022, 15:48     390

Təəssüf ki, son vaxtlar "reket jurnalistika" nümayəndələri saytları alabəzək "yazılarla" "bəzəməkdədir". Bəzi xəbər portalları mətbuat azadlıgından sui-istifadə edərək vəzifəli şəxslərə qarşı qarayaxma kompaniyası həyata keçirir.

Belə ki, hələlik adını cəkmək istəmədiyim saytların birində ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovla bağlı son dərəcə qərəzli bir munasibətin nəticəsi olduğu açıq-aydın gorünən, heç bir konkret faktın yer almadığı və şəxsiyyətin təhqir olunmasına xidmət edən yazılar dərhal diqqətimi çəkdiyi üçün bu tip yazılarla iyrənc bir oyunun iştirakçısına çevrilənlər barədə nə fikirləşdiyimi yazmağa ehtiyac duydum. 

Yazılarda adı hallanan şəxsin keçdiyi həyat yolu, əmək fəaliyyəti, onun şəxsi keyfiyyətləri ilə bağlı araşdırma aparmaq, onu geniş oxucu kutləsinə tanıtdırmaq istəyirəm. Çunki ortaya belə bir sual çıxır: Doğrudanmı cəmiyyətdə, çalışdığı kollektivdə dərin hörmətə malik olan bir insan haqqında əsassız şayələr yaymağa çalışırlar?

Bəri başdan deyim ki, mən eşitdiklərimə deyil, gördüklərimə inananam. Bu düşüncələrlə jurnalist təcrübəmdən istifadə edərək araşdırmalarıma başladım. Əvvəlcə internetdə haqqında son ildə yazılmış yazıları bir yerə yığdım və o yazıların hardan, hansı saytlarda və kimlər tərəfindən yazıldığını yoxladım. Bu yazıları dəqiq təhlil etdikdə məlum oldu ki, yazılar bir əldən çıxır və yayılır. Yazıların tam məqsədi məlum olmasa da, bir məna var, kimlərsə professor İbrahim Cəfərovun uğurlarını istəmir, kimlərsə yuxarı dairələrdə onun haqqında mənfi rəy formalaşdırmağa çalışır. 

Şantaj yazmaqla bəslənən insanlar öz bədnam əməllərini həyata keçirə bilmək üçün ictimaiyyət və rəhbərliyin gözündən salmaq məqsədi ilə şər-böhtan xarakterli yazılardan istifadə edirlər.

Qeyd edim ki, bu gün əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilir. Savadlı kadrların yüksək vəzifələrə təyin olunması, onların ölkəmizdə və xaricdə qazandıqları nailiyyətlər, Azərbaycanı uğurla təmsil etməsi məhz uğurlu dövlət siyasətinin bariz nümunəsidir. ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov mühüm əhəmiyyət kəsb edən bir sahədə işləməsi bunun əyani sübutudur.

Professor İbrahim Cəfərov öz işində sözün əsl mənasında fərqlənməyi bacarıb, pillə-pillə addımlayaraq irəliyə getməyə nail olub. Hər zaman rəhbərliyin verdiyi tapşırıq və tövsiyyələrə uyğun olaraq qəbuluna gələn vətəndaşların təkliflərini dinləyib, problemlərinin həllinə böyük qayğı ilə yanaşıb.

BİA.az xəbər agentliyinin fəaliyyət göstərdiyi iki il müddətdə ADAU, eləcə də bu universitetin rektoru ilə bağlı onlarla yazı dərc olunmuşdur. Çünki, Gəncə şəhərində fəaliyyət göstərən ali təhsil ocaqları ilə bağlı ən maraqlı məlumatlar, ən sevindirici xəbərlər yalnız bu təhsil ocağı ilə bağlı olmuşdur. Universitetin uğurlu işi, eləcə də hörmətli rektor İbrahim Cəfərovu ictimaiyyətə sevdirən bütün xarakterik cizgiləri kütləvi informasiya vasitələrində dərc olunan yazılarda asanlıqla anlamaq mümkündür.

Rektor İbrahim Cəfərov yorulmadan çalışır, zəhmət çəkir. Ölkədə hər kəsə bəllidir ki, o, yaradıcı və qurucu şəxsdir, xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır. Hələ gənc yaşlarından halallıgı hər şeydən üstün tutmaga calışan, dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun kamil bir şəxs olaraq formalaşmasına təsir edən əsas səbəblər olub.

Bu şəxsin hər ölkə rəhbərliyinin verdiyi tapşırıq və tövsiyyələri, həyata keçirdiyi idarəçiliyində əsas tutması haqda da müfəssəl məlumatlara malikik. Hətta müşahidələrimə əsasən onu deyə bilərəm ki, rektor İbrahim Cəfərov nəinki rəsmi qəbul günlərində, digər vaxtlarda da mövcud karantin şərtlərinə uyğun olaraq mürəciətə gələn heç bir valideyni, tələbəni dinləmədən yola salmır. Bir sözlə, dövlət başçısının “Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət göstərməlidir, köməklik göstərməlidir” fikrini fəaliyyətində başlıca meyar kimi müəyyənləşdirib.
 
Təəssüf ki, onun haqqında tənqidi açıqlamalar dərc edən bəzi mətbu orqanların əməkdaşları, məqaləni dərc etməzdən öncə hər hansı araşdırmalar aparmırlar. Belə olan halda isə bu onu sübut edir ki, qeyd olunan “məqalələri” dərc edən KİV nümayəndələrinin araşdırma aparmaq qabiliyyətləri yoxdur. Əgər hansısa qabiliyyətləri olsaydı, o halda yəqin ki, fərqli addımlarını atardılar. Maraqlıdır ki, ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov barəsində hansısa media qurumunun dərc etdiyi açıqlamanı, bir neçə gündən sonra başqa bir media qurumu təkrar dərc edir. Bu da ortada birbaşa qərəzli yanaşmanın varlığını sübuta yetirir. Əslində bu cür sifarişli məqalələrin dərci, könül bunlandırmaqdan başqa bir şey olmur. Belə bir addımların atılması, tənqidi məqalələri dərc edən şəxslərin savadsızlığını və söz ehtiyatının kasad olduğunu, hətta heç bir elmi biliyə malik olmadıqlarını ortaya qoymuş olur.

P.S
...Bəli bu gun yaşğadığımız cəmiyyətdə az qala gündəlik eşitdiyimiz bir kəlmə, hazırki nəsil cırlaşıb kimi ifadələr eşitmə sistəmimizi az qala iflic vəziyyətinə salıb. Bu situasiya üzərində o kəslər ki, müəyyən gənəşiklər yapmaq, çıxış yollarının aramasını vacib sayırlar, belələri alqışa layiqdirlər.Bəli, insan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır.

Bəli, bu həqiqət isə GÜN İŞIGI kimidir: Ölkədə ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov barədə kimdən soruşsanız onu belə xarakterizə edəcəklər - yüksək qabiliyyəti ilə seçilən təşkilatcı rektor, gözəl insan və əsl Vətən daşı!

BİA.AZ
скачать dle 12.1