Bia.Az

MOTOSİKLET SÜRÜCÜSÜNÜ DÖYƏN MƏMUR HƏBS OLUNMAYIB – DİN təkzib etdi (Yeniləndi)

Cəmiyyət
 26-04-2022, 17:02     255

Motosiklet sürücüsünü döyən Sultan Dadaşov saxlanılaraq barəsində Cinyayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb. Məhkəmənin qərarı ilə ona 25 sutka həbs cəzası verilib.

Yerli mediada yayılan xəbərlərə görə, S.Dadaşov 2022-ci ilin əvvəlinə qədər Prezident Sarayının təminat şöbəsinin müdiri olub. Daha sonra vəzifəsindən uzaqlaşdırılaraq İşlər İdarəsində inzibati xarakterli işə keçirilib. Yolda xuliqanlıq hadisəsindən sonra isə bu işdən də uzaqlaşdırıldığı bildirilir.

Xatırladaq ki, sözügedən hadisə ilə bağlı ötün gün sosial şəbəkədə görüntülər yayılıb. “Lexus” markalı, 10 VX 707 dövlət qeydiyyat nişanlı minik avtomobili ona yol verməyən moped sürücüsünü əvvəlcə avtobillə sıxaraq xəsarət yetirib. Daha sonra “Lexus”-un sürücüsü Sultan Dadaşov avtomobildən düşərək digər sürücüyə qarşı təhqiredici ifadələr işlədib, fiziki güc nümayiş etdirib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov bildirmişdi ki, yayılan görüntülərlə bağlı araşdırma başlanıb.скачать dle 12.1