Bia.Az

ELMAN RÜSTƏMOVUN XALASI OĞLU SAXLANILDI - Mərkəzi Bankın sabiq sədrinin biznesini idarə edirdi (Yenilənib)

Cəmiyyət
 13-04-2022, 14:51     300

Ötən gün Milli Məclisin qərarı ilə Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən çıxarılan Elman Rüstəmovun xalası oğlu Talıb Quliyev saxlanılıb.

"Unikal"ın əldə etdiyi məlumata görə, T.Quliyev qanunsuz əməllərinə görə hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində tutulub.

Qeyd edək ki, Talıb Quliyev Elman Rüstəmova məxsus olan "Planet" şadlıq sarayına da rəhbərlik edirdi. Onun Mərkəzi Bankın sabiq sədrinin başqa biznes sahələrinə də rəhbərlik etdiyi, hətta şərik olduqlarına dair iddialar var.
"AzPolitika.info" xatırladır ki, Talıb Quliyevin adı bir çox qalmaqallarda, qanunsuzluqlarda hallanıb. Belə ki, ötən il Talıb Quliyev tərəfindən idarə edilən “Karvan-K” İstehsalat Kommersiya Şirkəti tərəfindən Nizami rayonu ərazisində yaşıllıqların məhv edilməsi məlum olmuşdu. Hətta məsələni araşdırmaq üçün əraziyə gedən Ekologiya Nazirliyinin əməkdaşlarına Talıb Quliyevin hədə-qorxu gəldiyi də iddia olunurdu. Bununla bağlı i Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılma aparılsa da, Talıb Quliyev məsuliyyətdən yayına bilmiş, günahı iş icraçısı və fəhlələrin üzərinə atmışdı. 
Talıb Quliyevin həm də xeyli müddətdir Azərbaycanda ən bahalı tenderləri uduğu bildirilir. Təbii ki, E.Rüstəmovun sayəsində... Xüsusən "Azərsu" ASC-nin keçirdiyi tenderlərin bir çoxu ona "hədiyyə" edilib. Belə ki, Biləsuvarda, Lənkəranda, Ağcabədidə kanalizasiya xətlərinin çəkilməsinin Talıb Quliyevin şirkətinə həvalə edildiyi, onun isə bu işlərdə böyük pullar mənimsədiyi iddia olunurr. Məlumata görə  bütün boruların dərinlikdə olan ötürücüləri quraşdırılmayıb, dəyəri milyonlarla olan avadanlıqlar hesabdan “silinib”. Ona görə də həmin rayonlarda kanalizasiya xətləri normal işləmir...
Tenderlərdən qazandığı milyonlar hesabına Talıb Quliyevin Sabunçunun icra başçısı Adil Vəliyevlə sövdələşərək Ramanı qəsəbəsində 10 hektar torpaq sahəsini hasara aldığı, özünə böyük villa tikdirdiyi, bahalı avtomobil kolleksiyasına sahib olduğu, Almaniyada əmlak aldığı iddia edilir. 
Elman Rüstəmov vəzifədən çıxarılan kimi Talıb Quliyevin həbsə alınması onunla bağlı bu və digər iddiaların əsaslı olduğunu düşünməyə əsas verir. скачать dle 12.1