"OMİKRON"a YOLUXANLAR ÇƏTİN VƏZİYYƏTƏ DÜŞÜB - ""Buster" doza tələbi əhəmiyyətini itirib..."
"Mən iki doza vaksin vurdurmuşam, amma bu günlərdə yenidən xəstələndim və test verərkən "Omikron"a yoluxduğum məlum oldu. Hazırda mülalicə olunuram. Məni narahat edən əsas məsələ Nazirlər Kabineti yanında Opreativ Qərərgahın fevralın 15-ə qədər üçüncü doza vaksinin məcburi vurulması ilə bağlı qərarıdır. Tibbi göstərişə görə virusa yoluxan şəxs 6 ay vaksin vurdura bilməz. Belə çıxır ki, qarşıdakı aylarda qapalı məkanlara daxil ola bilməyəcəyəm".
Bu sözləri "AzPolitika.info"ya Bakı sakini Rəsul İmanov bildirib.
O xatırladır ki, “Buster” doza peyvənd vurdurmayan yaşı 18-dən yuxarı olan şəxslərin fevral ayının 15-dən şənlik və toy mərasimlərinə, mehmanxanalara, iri ticarət mərkəzlərinə, ictimai iaşə müəssisələrinə girişi qadağan olunacaq.
"O zaman mənim kimi insanlar nə edəcək",- deyə R.Omanov sual edir.
Paytaxt sakini Elşad Qafarov da "Omikron"a yoluxub sağaldığını deyir. Amma o test verməyib, əlamətlərindən bilir ki, xəstələnməsinin səbəbi koronavirusun yeni ştammına yoluxmasıdır: "Boğazım şiddətlə ağrıdı, bir neçə gün qızdırma, halsızlıq oldu, qrip kimi əlamətlər də vardı. Həkimlə məsləhətləşdim, dedi, virusa yoluxmusan, bir neçə günə keçib gedəcək".
ƏTRAFLIMidea_inpage
E.Qafarov deyir ki, test vermədiyinə görə, yoluxması ilə bağlı sistemdə qeydiyyata düşməyib: "Operativ Qərərgahın tələbi var ki, fevralın 15-dən hamı üçüncü doza peyvənd vurdurmalıdır, əks halda əvvəlki sertifikat qüvvədən düşmüş olacaq. O zaman biz necə edək, təbii ki, yolxuduğumuza görə vaksin vurdura bilmərik. Vurdurmasaq da qapalı məkanlara, metroya daxil ola bilmərik. Gərək, bizim kimi on minlərlə insanın vəziyyətini nəzərə alsınlar".
Xatırladaq ki, Operativ Qərəgahın iclasında Prezidentin köməkçisin Şahmar Mövsümov bildirib ki, bu prosesdə daha çox qoruyucu, ehtiyatlı yanaşmanı tətbiq etmək məqsədilə hazırda istifadə olunan COVID pasportlarının, vaksinasiya və immunitet sertifikatının vaxtına məhdudiyyət qoyulur: "Fevralın 15-dən COVID pasportlarının ikinci dozasından sonra müddəti 6 ay müəyyən edilir. İkinci dozadan 6 ay keçdikdən sonra COVID sertifikatı artıq öz qüvvəsini itirmiş olur. Bildiyimiz kimi, hazırda müəyyən yerlərə yalnız COVID pasportu ilə daxil olmaq mümkündür. Təbii ki, vaxtı keçmiş COVID pasportla artıq həmin məkanlara daxil olmaq mümkün olmayacaq. Fevralın 15-dək bütün vaksin sertifikatları qüvvədə qalır. Hazırda buster dozanı ikinci dozadan 5 ay sonra vurmaq mümkündür. Eyni zamanda, Azərbaycanda immunitet sertifikatının müddəti 6 ay müəyyən edilib. Yenə də bir buster doza vurmaqla immunitet sertifikatının müddəti uzadılır".
Həkim, markoloq Müşfiq Hüseynov "AzPolitika.info"ya bildirib ki, Azərbaycanda əksəriyyət "Omikron" ştammına yoluxub, ona görə də, Operativ Qərəgahın sözgüdən qərarı əhəmiyyətini itirib: "Tibbi göstərişə görə, xəstələnmiş insanlar vaksin vurdura bilməzlər. Çünki yoluxan insanlarda immunitet formalaşır. Ölkədə növbəti dalğa artıq zirvədədir, hesab edirəm ki, bir neçə gündən sonra xəstə sayında azalma başlayacaq. Bundan sonra Operativ Qərəgahın üçüncü doza vaksin vurudlması ilə bağlı tələbinin heç bir mənası yoxdur".