Bia.Az

Şəhərdə hərəkət planı: qayda təsdiqlənib

Cəmiyyət
 25-01-2022, 11:03     232

Nazirlər Kabineti şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması qaydasını təsdiqləyib. Mobillik planı əhalinin və ərazinin perspektiv inkişafı nəzərə alınmaqla yol hərəkətinin bütün iştirakçılarının təhlükəsiz hərəkətinin təmin edilməsi, ümumi istifadədə olan nəqliyyat xidmətlərinin keyfiyyətinin, dayanıqlılığının və əlçatanlığının artırılması, habelə nəqliyyat vasitələrindən (o cümlədən, velosiped nəqliyyatından), nəqliyyat və piyada infrastrukturundan istifadənin müasir tələblərə cavab verən səviyyədə təmin edilməsi üçün hazırlanmış plandır.

Sənəddə mobillik planının elementləri belə sıralanır:

– şəhər ərazisinin funksional zonalarına görə davamlı təhlükəsiz və rahat yol hərəkətliliyinin planlaşdırılması;
– dövlət orqanları (qurumları), habelə bələdiyyələr arasında bu sahədə əməkdaşlığın təmin edilməsi;
– layihənin hazırlanması zamanı vətəndaş cəmiyyəti institutlarının, hüquqi şəxslərin, ayrı-ayrı vətəndaşların, mütəxəssis
və ekspertlərin təkliflərinin alınması;
– şəhərin nəqliyyat sisteminin fasiləsiz təşkili istiqamətində gələcək fəaliyyətdə uzunmüddətli baxışın və vahid yanaşmanın müəyyən edilməsi;
– ümumi istifadədə olan nəqliyyatın müxtəlif növlərinin əlaqəli şəkildə inkişaf etdirilməsinin planlaşdırılması və təşkili;
– piyadalar üçün, o cümlədən əlilliyi olan şəxslər üçün rahat və maneəsiz infrastrukturun yaradılması.
Novator.az bildirir ki, qaydaya əsasən, mobillik planı bu instansiyalarla razılaşdırılmalıdır: Rəqəmsal İnkişaf və
Nəqliyyat Nazirliyi; Daxili İşlər Nazirliyi; Fövqəladə Hallar Nazirliyi; Dövlət Şəhərsalma və Arxitektura Komitəsi; Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi; Bakı Şəhər İcra Hakimiyyəti (Bakı şəhərinin inzibati
ərazisi daxilində); “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (Bakı
şəhərinin inzibati ərazisi daxilində); “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (aidiyyəti üzrə).скачать dle 12.1