Bia.Az

ƏMƏK PENSİYALARININ GÖZLƏNİLƏN ORTA AYLIQ MƏBLƏĞİ AÇIQLANDI - VİDEO

Cəmiyyət
 29-12-2021, 12:30     543

“2021-ci ildə Dövlət Sosial Müdafiəsi Fondunun gəlirləri 5 milyard 152 milyon manat həcmində gözlənilir”. Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov “2021-ci ilin yekunlarına dair” mətbuat konfransında deyib.
O bildirib ki, bu 2020-ci ilin gəlirləri ilə müqayisədə 8,5 faiz çoxdur: “Məcburi Dövlət Sosial Sığorta (MDSS) haqları 3 milyard 810 milyon manat gözlənilir ki, bu, 2020-ci illə müqayisədə 7,2 faiz çoxdur”.
H.Məmişov qeyd edib ki, büdcə təşkilatları üzrə daxilolmaların 1 milyard 380 milyon manat, qeyri-büdcə təşkilatları üzrə daxilolmaların isə 2 milyard 430 milyon manat olması gözlənilir.
“Bu il dövlət büdcəsindən transfertin həcmi 1 milyard 313, 3 milyon manat təşkil edir”, - deyə o qeyd edib. 
“2021-ci il üzrə əmək pensiyalarının gözlənilən orta aylıq məbləği 331 manat təşkil edir” - deyə, Himalay Məmişov “2021-ci ilin yekunlarına dair” mətbuat konfransında bildirib.
Ad - 00:17ƏTRAFLISnickersOnun sözlərinə görə, 2022-ci il üzrə gözlənilən məbləği də açıqlayıb: “Yaşa görə əmək pensiyaların gözlənilən orta aylıq məbləği 358 manat, 2022-ci il üzrə bu proqnoz isə 375 manatdır”.
O qeyd edib ki, əmək pensiyalarının minimum məbləği bu il 200 manat olub.

Bizim Telegram kanalскачать dle 12.1