Bia.Az

HƏRBÇİMİZ ŞƏHİD OLUB - Müdafiə Nazirliyindən açıqlama + FOTO (Yenilənib)

Cəmiyyət
 9-12-2021, 12:51     234

Xəbər verdiyimiz kimi, bu gecə Kəlbəcər istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Asif Adil oğlu şəhid olub.

2002-ci il təvəllüdlü şəhidimiz Asif Əliyev subay olub. Əslən Siyəzən rayonunun Zarat kəndindəndir.
O, ötən ilin iyulunda hərbi xidmətə gedib, 2022-ci ilin yanvarında xidmətdən tərxis olunacaqmış. Şəhidin bir bacısı var. O, hərbi xidmətə getməzdən qabaq rayonda restoranların birində ofisiant işləyib. 
A.Əliyev Prezidentin sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.

***

Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Asif Adil oğlu şəhid olub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir!
Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən müvafiq tədbirlər nəticəsində qarşı tərəf susdurulub.
Baş verən növbəti gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.скачать dle 12.1