Bia.Az

ALİ MƏHKƏMƏNİN LAX YUMURTADAN CÜCƏ ÇIXARTMAQ SEVDASI... - SDU-da NƏ BAŞ VERİR

Cəmiyyət
 29-11-2021, 14:21     397

SDU-dakı korrupsiya və rüşvət konveyeri, məhz inkubatorlar texnologiyasına uyğun şəkildə həyata keçirilir...

Təhsil, dünya xalqlarının sivilizasiyalı olduğunu qabarıq formada əks etdirən ən mühim atributlardan biri, bəlkə də birincisidir. Təəssüf kı, qədim və zəngin tarixi keçmişə malik Azərbaycan təhsil sistemi bu gün aşınma və tənəzzül dövrünü yaşamaqdadır. Bu amil özünü ali təhsil ocaqlarında daha qabarıq formada göstərir. Ali təhsil müəssisəsini öz bildiyi kimi idarə edən rektorlardan biri, əslində bu sahədə ən öndə gedəni, Sumqayıt Dövlət Universitetinin "şah"ı, Elxan Bahadur oğlu Hüseynovdur desək heç də qənaətmizdə yanilmarıq. Elxan Hüseynovun 2014-cü ilin mart ayında SDU-ya rektor təyin edildiyi vaxtdan etibarən, bu ali təhsil ocağını şəxsi mülkiyyətinə çevirib, son sələfinin atasına rəhmət oxutdurmaqla, onu, yerlibazlıq, tayfabazlıq , dostbazlıq zəminində idarə etməsi faktı dözullməz, acnacaqlı vəziyyət gətirib çıxardıb. O, kadırları yaxşı rüşvət yığmaq səriştəsinə, qara piar kompaniyası aparmaq qabiliyyətinə, mahir çuğulluq etmək istedadına görə seçib vəzifəyə gətirməsi, buna qarşı çıxanları isə "Aganəzərəm belə gəzərəm, bir yumruğa 40-ın əzərəm" deyimindən çıxış etməklə zorakı yolla işdən azad etməsi heç kimə sirr deyil. SDU-nun rektoru Elxan Hüseynovun heç bir qanuni, huquqi əsas olmadan, vəzifə səlahiyyətlərini aşmaqla, işdən kənarlaşdırdıqlarından biri də, 25 ildən çox ali təhsil sistemində nümunəvi pedaqoq kimi fəaliyyət göstərmiş, tarixçi alim, Qızıl Qələm mükafatı laureatı, attestatlı dosent, Neyman Nərman oglu Xasayevdir.

HAŞİYƏ : - Təhsil Naziri, cənab Emin Əmrullayev dosent Neyman Xasayevi yaxından tanıyıb, onun yüksək savadına, pedaqoqluq səriştəsinə, təşkilatçılıq, idarəçilik qabiliyyətinə və obyektivliyinə dərindən bələd oldugu halda, lakin nədənsə müəllimi bu günə qədər qəbuluna çağırıb bu utanverici, repressiya yönümlü təhsil sisteminə başıaşagılıq gətirən işdən uzaqlaşdırmanın əsil səbəbini öyrənməyə cəhd göstərməmişdir. Bu mühim amil (biz bu tanışlığın tarixçəsini Neyman müəllimlə söhbətdən öyrənmişdik) Qaynar.media saytı olaraq bizim üçün də çox böyük müəmma və təəccüb doğurmaqdadır...

Biz KİV olaraq bir il öncə "Haqsızlıqlar, huquqsuzluqlar . SDU-da nə baş verir" adı ilə içtimai rəyə təqdim etdiyimiz məqalədə heç bir hüquqi əsas olmadan, zorakı yolla Neyman müəllimin işdən çıxarılmasının əsil səbəblərini geniş formatda işıqlandırmışdıq. Lakin əfsuslar olsun ki, olkə üzrə məhkəmə - hüquq sistemindəki cəzasızlıq, korrupsiya mühitinin mobil xarakter almasından yararlanan, bu səbəbdən də vəzifəsindən sui-istifadə edib verdiyi saxta əmrlə nümunəvi bir pedaqoqun taleyi ilə oynayıb, Cinayət Məcəlləsi üzrə məsuliyyətə cəlb edilə biləcəyini düşünmək belə istəməyən SDU-nun rektoru Elxan Hüseynov Sumqayıt Şəhər Məhkəməsinin və Ali Məhkəmənin hakimlərinə qeyri-qanuni təsir göstərməklə , bu utanverici işi öz xeyrinə, bir ildən artıq ədalətsizcəsinə uzada bilmişdir. İctimai rəyə təsir göstərib ədalətsizliyə son qoymaq məqsədi ilə, hələ də öz müsbət həllini tapmamış, təhsil sisteminin bu utanverici probleminə yenidən qayıtmağı ozümüzə borc bilirik.

Biz, saytda yayımlanmış əvvəlki məqalədə, qanunsuz yerə işdən çıxarılmış, Universitetin "Tarix və onun tədrisi metodikası" kafedrasının dosenti Neyman Nərman oğlu Xasayevin işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının tam ödənilməsi, həmçinin, qanunazidd formada karyerasına, səhhətinə vurulmuş mənəvi, maddi ziyana görə cavabdeh tərəfindən təzminatın alınması tələbi ilə, Sumqayıt Şəhər Məhkəməsində iddia qaldırması barədə oxuculara məlumat vermişdik. Bir il öncə, Sumqayıt Şəhər Məhkəməsində hakim R. Qoşqarlı tərəfindən müəllimin işə bərpa ilə bağlı şikayət ərizəsinə baxılmışdır. İşə mülki qaydada baxılarkan aparılan məhkəmə araşdırması zamanı cavabdeh tərəfi məsuliyyətə cəlb edecək bir çox neqativ hallar müəyyən edilsə də lakin , hakim, bunları görməməzlikdən gələrək qəsdən nəzərə almamışdır. Hansı ki, məhkəmə prosesinin gedişi zamanı hakim R. Qosqarlı, Sona Məhərrəmovanın 2017-ci ilin dekabrından yuxarının göstərişi ilə yerlibazlıq zəminində formal şəkildə seçilərək (Əslində "Təhsil Haqqında Qanun"un tələblərini pozmaqla təyin edilərək) yarıtmazcasına, məsuliyyətsizcəsinə idarə etdiyi, Neyman Xasayevin də üç il nümunəvi dosent olaraq çalışdığı kafedrada, dövlətə, dövlətçiliyə zidd əməllərlə məşğul olan, nurçu Samir Kərimlinin və vahabi Sarvan Bədəlovun, müəllim kimi fəaliyyət göstərməsindən dəhşətə gəlib, həmin kafedranı "KRİMİNAL ZONA " adlandırmışdı. Lakin, R.Qosqarlı məhkəmə prosesinin gedişində rektordan söz düşərkən "hansı Elxan müəllim, o, ağbaş müəllim " deməklə, onunla öz şəxsi maraqları naminə şəxsən görüşdüyünü ani olaraq etiraf etmişdir. Elə buna görə də, hakim, müəllimin iddiasını təmin etməməyə əsas olsun deyə, barəsində cavabdeh tərəfdən vəzifə səlahiyyətlərini aşmaqla, sonradan tərtib edilmiş saxta, şiddətli töhməti alıb işə əlavə etmiş və beləliklə cavabdehin xeyrinə ədalətsiz qətnamə çıxarmağa müvəffəq olmuşdu. Neyman Xasayevin vəkili - "Əyər müəllimə, 2019-cu ilin iyun ayının 24-də axirincı dəfə xəbərdarlıq edilməklə, şiddətli töhmət verilmişdisə, onda heç bir əsası olmayan, qurama, şifahi xəbərdarlıq belə saxta əmrdə öz əksini tapdığı halda, niyə görə sonuncu dəfə xəbərdarlıq edilməklə verilmiş şiddətli töhmət işdən çıxarılma əmrində öz əksini tapmayıb? Digər tərəfdən, əgər müəllimə şiddətli töhmət verilmişdisə, necə olur ki o, Universitetin ən nümunəvi müəllimi kimi şiddətli töhmət almasından heç dörd ay keçməmiş, Türkiyənin 52 min tələbəsi olan ən nüfuzlu ali məktəblərindən birinə, Aydın Adnan Menderesə təcrübə qazanmaq və Türk xalqlarının tarixi kimi son dərəcə vacib bir fənnən dərs demək məqsədi ilə göndərilir? Hansı ki, müəllim bu sonuncu şiddətli tənbehə görə bir il müddətinə ciddi nəzarətə götürülməli, həmin müddətdə özünü dogrultmadıgı təqdirdə isə işdən azad olunmalı idi. Məsələyə başqa bir yöndən yanaşsaq, müəllimin işdən çıxarılmasına əsas kimi götürülmüş saxta əmrdə əksini tapan bütün qurama sənədlər bele müddətləri başa catdiqlarına görə quvvədən düşmüş sayılırlar"- deyərək, haqlı sübut və dəlillərini ortaya qoysa da, bütün bunlar öz şəxsi maraqlarını üstün tutan hakim tərəfindən nəzərə alınmamışdır. HAŞİYƏ : Qeyd edək ki, Sumqayıt Şəhər Məhkəməsinin çıxardığı Qətnaməni gözdən keçirən zaman biz təcrübəli, Respublika üzrə sayılıb-seçilən, ən nüfuzlu və ədalətli vəkillərin ön sırasında yer alan Vüqar müəllimin tamamı ilə haqlı olduğunu gördük.

Onu da anladıq ki, yuxarıda ğöstərilən neqativ hallara görə, aidiyyatı qurumlar, əsasən də, Təhsil Naziri cənab Emin Əmrullayev tərəfindən barələrində hələ də hərhansı cəza tədbiri secilməmiş Universitetin rəhbər vəzifəli şəxsləri dosent Neyman Xasayevə qarşı apardıqları qarayaxma kompaniyasında qalıb gələcəklərinə, əlbət də, haqlı olmadıqlarına rəğmən "haqlı" çıxarılacaqlarına əvvəlcədən əmin idilər . Bu Universitet haqqında, 2014-cü ildən KİV lərdə əksini tapmış, təhsilin onlayın formada keçirilməsinə baxmayaraq bu gün də tələbə və magistrantlardan korrupsiyalaşmış, kütləvi xarakterli rüşvətin toplanıb dekanlar, kafedra müdirləri vasitəsi ilə pas atmaqla rektora ötürülməsi haqqında verilən məlumatlar, kasıb bir ailənin qızının imtahanda tələb olunan məbləği ödəyə bilməməsi səbəbindən, müvafiq qiymət almadagına görə, özünü dənizə atıb, intihar etməsinin başlıca səbəbi haqqında özünəqəsdən öncə yazdığı tutarlı maddi subut, rəhbərliyin məsuliyyətsizliyi və Universitet Həmkarlar Komitəsi sədri Elmar Xəlilovun səriştəsizliyi, savadsızlığı , elm və təhsil sistemində təsadüfü adam olması səbəbindən (Onu da nəzərinizə çatdıraq ki, Elmar Xəlilov dosent Neyman Xasayevin "Azərbaycan sultanlıqları" adlı iri həcmli, sanballı bir əsərinin elektron variantını oğurlayıb öz adına çap etdirməsinə görə Təhsil Nazirliyi və Azərbaycan Respublikası Prezidenti yanında fəaliyyət göstərən Ali Attestasiya Komissiyası tərəfindən hələ də layiqli cəzasını almamışdır. ) on nəfərdən artıq tələbənin avtomobil qəzası nəticəsində həyatlarını itirməsi dəlilləri kifayət edərdi ki, hüquq-mühafizə orqanları işə qarışsın və Təhsil Nazirinin göstərişi ilə bu Ali təhsil ocağında yeni, sağlam bir mühit formalaşdırılsın. Aldığımız məlumata görə SDU-da əksər dərslərin onlayın keçirilməsinə baxmayaraq korrupsiyalaşmıs kütləvi rüşvəttoplama kompaniyası artıq onlayın köçürmələr yolu ilə həyata kecirilır.Lakin müəllimlərə saytlarda öz əksini tapmış, "qanpulu" kimi paketde verilən cüzi məbləğ isə bir ildir ki, ödənilmir... Biz SDU-dakı kütləvi rüşvət yığımının və onun paylanma qaydalarının , imtahan zamanı əksər tələbələrin boş saxladığı âğ vərəqlərə heç nə əlavə edilmədən imtahandan sonra alınan rüşvətin müqabilində müvafiq, saxta qiymət çıxarmaların incəliklərini hələ ki, açıqlamayaraq üzərilərindən sükutla keçməyə üstünlük veririk...
Təəsşüf hissi ilə bildirmək istəyirik ki, bu cinayət məsuliyyətli işlərdən neqativ yollarla, asanlıqla qurtulmağı bacarması amili Universitet rəhbərliyini bu gün də yeni-yeni cinayət əməllərinə sövq etdirməkdədir ...

R. Qoşqarlı kimi hakimlərin, öz şəxsi mənafeyini üstün tutub SDU-nun xeyrinə qəbul etdikləri qərəzli qətnamə və hökmlər də rəhbərliyin neqativ, cinayət məsuliyyətli əməllərini davam etdirməsinə münbit şərait yaratmaları ilə yadda qalırlar... İndi isə, bu yazının hazırlanmasına səbəb olan Universitetin Tarix və onun tədrisi metodikası kafedrasının dosenti Neyman Nərman oğlu Xasayevin həqiqətən də haqqında bəhs etdiyimiz ali təhsil ocağında çalışdığı 5 il ərzində nümunəvi bir pedaqoq kimi tanınmasına, heç bir müəllimə nəsib olmayan karyeraya sahiblənməsinə aydınlıq gətirmək istərdik. 2015-ci ilin sentyabrından SDU-da dosent vəzifəsini tutmaqla çalışan Neyman Xasayev qısa zaman ərzində auditoriyanı öz dərin savadı, mühazirəni proqrama uyğun şəkildə sadə, aydın formda öžundən demək qabiliyyəti və xarizması ilə ələ almaqla tələbələrin sevimlisinə çevirilmiş , bunun müqabilində isə rəhbərlik tərəfindən elmi - pedaqoji fəaliyyəti yüksək qiymətləndirilmişdir. Belə ki, müəllimə 2017-ci ilin 5 oktyabrında Beynəlxalq Müəllimlər günü münasibəti ilə fəxri fərman verilmiş, elə həmin il "Tarix və onun tədrisi metodikası" kafedrasına beş il muddətinə dosent vəzifəsinə yekdilliklə seçilmiş , sənədləri 2018-ci ilin fevralında Ali Attestasiya Komissiyasına göndərilmiş, may ayında isə bu mötəbər Komissiya tərəfindən ona Attestatlı dosent adı verilmişdır. 2017-2019-cu illərdə nümunəvi müəllim kimi N.Xasayevin hər ay maaşına 100 manat pul mükafat olaraq əlavə edilmişdir. 2017-2020-ci illərdə Tarix və Coğrafiya fakültəsi üzrə beş əsas müəllimdən biri kimi Dövlət İmtahan Komissiyasının üzvi olaraq fəaliyyət göstərmişdir. 2017-ci ilin noyabrında Tarix və onun tədrisi metodikası kafedrasının müdiri seçkilərinə Təhsil Nazirliyinin elanı əsasında üstün elmi-pedaqoji fəaliyyəti ilə bağlı ən real namizəd kimi qatılsa da , lakin Universitetdəki qanundankənar əməllər, özbaşnalıqlar səbəbindən seçkilərə bir neçə gün qalmış dekan Adil Baxşəliyev tərəfindən dərs dediyi auditoriyadan zorla, cinayətkarcasına çıxarılaraq əgər namizədliyini geriyə götürməzsə səhərdən işdən azad ediləcəyi ilə hədələnmiş və sənədlərini geri götürməyə məcbur edilmişdir. Nəticədə 16 il SDU -da çalışmasına baxmayaraq savadsızlığına, qabliyyətsizliyinə gorə heç vaxt diqqəti cəlb etməyən, namizədlər arasında reytinq baxımından ən aşağı pillədə qərar tutan Sona Məhərrəmova yuxarıdan gələn göstəriş əsasında, yerlibazlıq zəminində formal şəkildə seçilərək (əslində təyin olunaraq) layiq olmadığı kafedra mudiri kürsüsünə qeyri-qanuni sahiblənmiş və özünə ən təhlükəli rəqib saydığı dosent Neyman Xasayevə qarşı kafedra əməkdaşları, nurçu Samir Kərimli , vahabi Sarvan Bədəlovla birlikdə qara piar kompaniyasına başlamışdır. Müəllimi öz vəzifə kreslolari üçün potensial və real namizəd kimi gördükləri səbəbindən dekan Adil Baxşəliyev və kafedra müdiri, baş müəllim Sona Məhərrəmovanın çirkin niyyətli bütün səylərinə baxmayaraq Neyman Xasayev karyera yüksəlişini davam etdirməyi bacarmışdir. Dosent N.Xasayev 2019-cu ilin oktyabr ayının 10-24-ü tarixində Türkiyə Respublikasının mötəbər, əzəmətli, bütün dünyada tanınan Aydın Adnan Menderes Universitetinə SDU-nun ən nümunəvi müəllimi kimi ezam edilmiş, orada tədris etdiyi dərin məzmunlu mühazirələrin, nümayiş etdirdiyi nümunəvi, etik davranışların müqabilində rektordan yüksək səviyyəli sertifikat almaqla öz işini uğurla başa çatdırmışdır. 2019-cu ilin noyabr ayında tarix və filologiya fakültələri üzrə yaradılacaq İxtisaslaşmış Müdafiə Şurasına kafedra əməkdaşları arasından yalnız N.Xasavevin namizədliyi irəli surulməklə sənədləri təsdiq üçün AAK-a göndərilmişdir. N.Xasayevin 2020-ci ilin fevral ayında Universitetdə keçirilən genişləndirilmiş Elmi Şurada Tarix və Coğrafiya fakültəsinə elmi işlər üzrə dekan müavini vəzifəsinə namizədliyi rəsmən irəli sürülsə də, Ali təhsil müəssisəsində bir neçə vəzifəni səriştəsizcəsinə idarə etməsinə rəğmən yüksək vəzifəli "dayı"sının gücünə bu məsul, dərin savad, elmi dunyagöruş tələb edən vəzifə də Sona Məhərrəmovaya həvalə edilmişdir. Bəs onda bir mötəbər monoqrafiyanı, iki sanballı dərs vəsaitini, üç metodik vəsaiti, 7 proqramı, onlarla elmi- praktiki əhəmiyyətli məqaləni qələmə almış və "Şamaxı Ensiklopediyası" kimi çox böyük həcmli toplunun hazırlanmasında yaxından iştirak etmiş Neman Xasayev hansı səbəb üzündən rektorun qəzəbinə düçar olaraq işdən kənarlaşdırılmışdır? Əlbəttə bu qeyri-qanuni formada işdən azad edilmənin başlıca səbəbini N.Xasayevin durmadan yüksələn karyerasına qarşı dekan və kafedra müdirinin bir araya gəlib qara piar kompaniyasını genişləndirmələrində axtarmaq lazımdır. Onu da vurğulayaq kı, müəllimin 2020-ci ilin fevral ayında dekan müavini vəzifəsinə namizədliyinin irəli sürülməsi amili 2000-ci ildən bu günə qədər son dərəcə "gelirli" dekan kürsüsünü hərvasitə ilə qoruyub saxlamağı bacarmış Adil Baxşəliyevin yuxusunu ərşə çəkmişdi. O, Neyman Xasayevin altı aydan sonra demokratik yolla seçkilərdə qalib gəlib dekan olacağı təhlükəsi ilə bağlı son dərəcə narahatlıq hissi keçirməkdə idi. Nəhayət çıxış yolunu içdə düşmən münasibət bəslədiyi Sona Mehərrəmova ilə müvəqqəti ittifaqa girib Neyman müəllimə qarşı qara piar kompaniyasını genişləndirməklə rektorun nəzərindən müəllimi salmaqda gördü . Nəticədə ümumi düşmənə qarşı müvəqqəti bir araya gəlmiş müttəfiqlərin əkdikləri gövdəsi əyri ağac öz zəhərli bəhrəsini verməyə basladi. 25 il müxtəlif ali təhsil ocaqlarında nümunəvi pedaqoq kimi çalışarkan bir çox çətin sınaqlardan çıxmağı bacarmış Neyman müəllimə qarşı tədiris və təlimdə, elmi fəaliyyətdə heç bir nöqsan tapa bilməyən içdə düşmən olub, üzdə dost kimi görünən bu qara niyyətli cütlük əlacsız qalıb özlərini də rüsvay edəcək aşağıdakı iki gülünc məsələni şişirtməyə başlamışdılar. Bunlardan biri müəllimin 2020-ci ilin may ayında öz dostuna yazdığı zarafat səpgili bir mesajı səhvən satqın və cinayət əməlli tələbə, Samirə İbrahimliyə göndərməsi ilə bağlıdır. Müəllimin dərhal Samirə İbrahimliyə zəng edib səhvə yol verməsi ile əlaqədər üzr istəməsinə və həmin mesajı silməsini xahiş etməsinə baxmayaraq, qızlıq ləyaqətini, həyasını, əxlaqını çoxdan itirmiş bu tərbiyəsiz tələbə həm müəllimi mesajı sildiyinə and içməklə inandıra bilmiş, həm də dərhal həmin mesajı müəllim tərəfindən nurçuluguna, son dərəcə savadsız, araqarışdıran, nifaq törədən olduğuna görə qəbul edilməyən Samir Kərimliyə yönləndirmişdir. Samir Kərimli isə Neyman muəllimə qarşı aparılan qara piar kompaniyasının üzvü kimi dərhal, şəxsən gətirib o başabəla mesajı Sona Məhərrəmovaya təqdim etmişdir. Sona Məhərrəmova isə həm, bütün qrup nümayəndələrinə bu gülünc mesajı yaymaq haqqında xüsusi göstəriş vermiş, həm də, onu utanmadan dekana şəxsən çatdırmağı özünə borc bilmişdir. Belə bir fürsəti çoxdan gözləyən dekan Adil Baxşəliyev isə bundan sevinərək mesajı iri həriflərlə xüsusi qalın kağıza köçürtdürüb rektora daimi çuğulluq missiyasını yerinə yetirməklə, çirkin niyyətinə nail olmaq məqsədi ilə çatdırmışdır. Bununla kifayətlənməyərək rektora yuxarıda qeyd etdiyimiz, hələ mahiyyətini acıqlamadıgımız ikinci gülünc məsələ barəsində də şişirdilmiş səviyyədə məlumat ötürmüş, bununla da müəllimi nəzərdən salıb işdən çıxarılması haqqında birincinin son qərarını verməsinə nail olmusdur. Qeyd edək ki, müəllimin işdən çıxarılmasına vəsilə olmuş birinci məsələni, yəni zarafatyana mesajı yayanlar, ona olmazın şər və böhranlarını yagdıranlar anlamirdılar ki, Cinayət Məcəlləsinin 147, 148 maddələrinin tələblərini pozduqlarına görə cinayət əməlinə yol verirlər və konstitusiyanın 32-ci maddəsi üzrə müəllimin gizli yazışma hüququnu pozmaqla da, cinayət məsuliyyəti daşıyırlar. Müəllimi rektorun nəzərində aşağılamaq üçün bu qara qüvvələrin önə çəkdiyi digər ikinci gülünc məsələ guya onun kafedra əməkdaşı... müəlliməyə pis niyyətlə baxması və ona əxlaqdankənar mesaj göndərməsi ilə bağlıdır. Haşiyə olaraq qeyd edək ki, müəllimə birinci və ikinci instansiya məhkəmələrinə Sona Məhərrəmovanın və Adil Baxşəliyevin təkidli tələbləri, gəlməyəcəyi təqdirdə işdən çixilacağı hədələri ilə gətirilərək şahid qismində ifadə verərkən bu mesajların 2018 ci ilin mart ayının sonundan may ayının sonuna qədər davamlı olduğunu, səmimi hislərə söykənib etik normalardan kənara çıxmadığını etiraf etmişdir. Müəllimə Apelyasiya Məhkəməsində şahid qismində xüsusi protokol qaydası ilə dindirilən zaman isə Neyman müəllimin Türkiyədə olarkan dərslərini əvəz etməsinin müqabilində digər müəllimlər kimi ona da alıb gətirdiyi simvolik hədiyyəni artıq söz-söhbətə səbəb olmasın deyə qəbul etmədiyinə də aydınlıq gətirmişdir. Lakin hakim R.Qoşqarlı müəllimənin bu obyektiv ifadəsini çəkinmədən, öz şəxsi maraqlarını üstün tutmaqla iyrənc formada təhrif edərək çıxardığı ədalətsiz qətnaməyə daxil etmişdir.

Fikirimizi davam etdirərək bildirmək istəyirik ki, rektorun özünə daha yaxın bildiyi qara niyyətli çutlüyə inanıb müəllimə düşmən kəsilməsindən sonra Neyman Xasayev heç bir hüququ əsas olmadan könüllü ərizə yazıb işdən çıxmağa vadar edilsə də o, qanunların aliliyinə söykənərək bu təhdidə rədd cavabı vermişdir. Haşiyə olaraq qeyd edək ki, dosent Neyman Xasayevə kafedra üzrə 2020-2021-ci tədris ili üçün dərs yükünün ayrılmaması faktı Əmək Məcəlləsinin tələblərinin kobudcasına pozulmasını qabarıq formada büruzə versə də, hakim R.Qoşqarlı cavabdehə ağırlaşdırıcı məsuliyyət yaradan bu qanun pozğunlugunu da vəzifəsindən sui-istifadə etməklə qəsdən nəzərə almamışdır. Universitet rəhbərliyi müəllim barədə heç bir hüquqi əsasa söykənməyən saxta əmri imzalayarkan Ölkə Başçısının "Pandemiya dövründə işçiňi işdən azad etmək olmaz" haqqında xüsusi göstərişini belə nəzərə almamışdır. Bu azmış kimi, müəllimi KOVİDƏ yoluxma təhlükəsi ilə üz-üzə qoyaraq , (Hansı ki, bu zaman kafedranın əməkdaşı Samir Kərimli KOVİDƏ artıq yoluxmuşdu) Pandemiya haqqında hökumətin verdiyi məcburi qərarın tələblərini kobud şəkildə pozmaqla onu 20 iş günü heç bir səbəb olmadan Universitetə gəlməyə vadar etmişlər.

Beləliklə bütün hallarda haqlı olduğunu görən müəllim Sumqayıt Şəhər Məhkəməsinin ədalətsiz qətnaməsindən Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verməklə yanaşı , həmçinin Prezidentə, Vitse-prezidentə , aidiyyəti üzrə məhkəmə orqanlarının sədrlərinə növbəti məhkəmə prosesinin nəzarətə götürülməsi barədə məktublar göndərmişdir. Müəllimin Sumqayıt Şəhər Məhkəməsinin ədalətsiz qətnaməsindən apelyasiya şikayəti üzrə iki ay davam etmiş Apelyasiya Məhkəməsi prosesinin gedişi zamanı təxminən 8 min nəfərlik kontingentə malik SDU-nu təmsil edən səlahiyyətli nümayəndə Əminə Ağamoğlan qızının hakimlərin və vəkilin ona ünvanladıqları şiddətli töhmətin əmrdə niyə əksini tapmaması barədə suallarına gülünc formada "vərəqdə yer yox idi." deməsi onu zaldakıların gülüş obyektinə çevirmişdi.Bu azmış kimi sonradan ayaga qalxıb guya səhvini düzəldircəsinə "yox əslində mən müəllimin axırıncı xəbərdarlıq edilməklə aldığı bu şiddətli töhməti sonradan böyük bir çətinliklə arxiv materialları arasından aşkara çıxarıb məhkəməyə təqdim etmişəm" deməsi faktı həm onu yenidən rüsvay edərək hamının gülüş hədəfinə çevirmiş, həm də məhkəmə zalında əyləşənləri bu bâşıbəlalı, haqsızlıqlar, huquqsuzluqar yuvası Universitetdə hüquqi savadsızlığın başalib getməsi haqqında da düşünməyə vadar etmişdi. Ümumiyyətlə hər iki məhkəmə prosesinin gedişi zamanı bu hüquq səlahiyyətlisinin və eyni zamanda neçə illərdir hüquq fənnini Universitet tələbələrinə təkbaşına tədris edən bu müəllimənin saxta əmrə hüquqi qiymət vermək əvəzinə , Neyman müəllim haqqında qara piar kompaniyasını təşkil edənlərin dedi-qodularına əsaslanması faktı SDU-dakı tədris işlərinin nə qədər acnacaqlı vəziyyətdə olmasına da dəlalət edir. Üňiversiteti təmsil edən yeganə hüquq müəlliminin savadsızlığı dəlili oradakı hüquqi maariflənmə işlərinin də sıfır vəziyyətdə olmasından birbaşa xəbər verir. Elə Neyman müəllimin barəsində rektorun öz imzası ilə təsdiq etdiyi işdən azad olunma əmrinin heç bir huqüqi əsasa söykənməməsi faktı da bu Universitetdə hüquqi biliklərin yox səviyyədə olmasının bariz göstəricisidir. Əyər Təhsil Nazirliyi tərəfindən ŞDU-da obyektiv formada (tutduğu vəzifəsindən, elmi adından asılı olmayaraq) fənn müəllimlərinin attestasiyası aparılsa əksər pedaqoqların hətta öz ixtisas fənnini belə tədris etməyə layiq olmadığı, kafedrada az təcrübəli bir müəllimin isə 20 ildir ki, tələbələri üzündən çətinliklə oxuduğu qurama, çırpışdırma və son dərəcə səviyyəsiz mühazirələri ilə yola verən kafedra müdirindən daha nümunəvi, daha savadlı dərsi aparması ğerçəklikləri də asanlıqla aşkara çıxarılar. Biz Təhsil Nazirliyinə müraciət edərək demek istəyirik ki, SDU 2000-ci ildən etibarən qanuni fəaliyyət göstərən tələbələrə elmin, tədrisin sirlərini öyrətməyə borclu olan bir ali təhsil ocağıdır. Əyər bu ali təhsil ocağının əksər müəllimləri savadsız və diletantdırlarsa onda tələbələr onlardan, nə nümunə götürəcək...

Bu yazını yazmağa bizi vadar edən əsas mövzuya qayıdaraq nəzərinizə çatdırmaq istəyirik ki, Sumqayıt Apelyasiya Məhkəməsində hakim Səyyad Qafarinin sədrliyi ilə iki ay davam etmiş məhkəmə prosesində müəllimlə bağlı verilmiş əmrin əsassız olması aşkara çıxarılmış, iddiaçının məcburi işdən qalması ilə bağlı əmək haqqının tam ödənilməsi, işlədiyi "Tarix və onun tədrisi metodikası" kafedrasına dosent vəzifəsinə bərpa olunması barədə ədalətli qətnamə qəbul edilmişdir. Lakin qanunların aliliyini heçə sayıb, "səlahiyyət sahibiyəm, hədsiz dərəcədə çirkli pulum, tavanam olduğuna görə mən haqlıyam", yanaşmasından çıxış edərək Ali Məhkəməyə Sumqayıt Apelyasiya Məhkəməsinin çıxardığı ədalətli qətnamədən kassasiya şikayəti verən Universitet rəhbərliyi Ali Məhkəmənin hakimi Mehparə Əhmədovaya da çiddi təsir göstərməyi bacarmışdı... Bu ciddi təsirin nəticəsi olaraq hakim Məhparə Əhmədovanın məcburiyyət qarşısında qalıb qəbul etdiyi ədalətsiz qərar əsasında, Sumqayıt Apelyasiya Məhkəməsinin çıxardığı ədalətli qətnamə tam ləğv edilmiş, iş yenidən baxılmaq üçün Sumqayıt Apelyasiya Məhkəməsinə qaytarılmışdır. Əslində Mehparə Əhmədovanın əlində az da olsa tutarlı fakt olsaydı yuxarının ğöstirişinə əməl etməklə lax yumurtadan cücə çıxarıb iddia ərizəsini tam rədd etmək haqqında qərar qəbul edərdi . Məhz bu səbəbdən də o, lax yumurtadan cücə çixara bilmədiyinə görə heçbir hüquqi əsası olmayan, saxta sənədlərlə əhatələnmiş bu işi yenidən apelyasiyaya yönəltmişdir. Hâşiyə olaraq onu da qeyd edək ki, Məhparə xanım qarşı tərəfə müəllimlə barışmağı təklif edib işi ləngitmək istəsə də harınlamış , etdiyi saxtakar, cinayətkar qeyri-qanuni əməllərə çirkli yollarla daim "haqq" qazandıraraq neçə belə insanın ğunahına girməklə gözlərini qan tutmuş Universitet rəhbərliyinin səviyyəsiz səlahiyyətlisi Əminə Ağamoğlan qızının utanmadan müəllimin ərizəni yazıb getməsi şərtini irəli sürməsinə görə də hakim belə bir ədalətsiz qərarı verməyə məcbur qalmışdı. Hər şey bir yana, görəsən Mehbarə xanım bu ədalətsiz qərarı qəbul edərkən femidanın ondan ədalət tələb edən müqəddəs meyarlarını pozduğunu düşündümü? Özünün də Ali Məhkəmədə etiraf etdiyi kimi nüfuzlu bir alimin, nurlu bir ziyalının ədalətsizcəsinə ömrünə küt baltası ilə çəpəki zərbə vuranda heçmi vicdanı sızlamadı? Axı məhkəməyə təqdim olunan tibbi arayışlar vasitəsi ilə ona məlum idi ki, bu perspektivli, cəmiyyət üçün, gənc nəsil üçün gərəkli alim, qara qüvvələrin əli ilə həm ürək xəstəliyinə, həm də, kovide mübtəla olub ... Bəs Mehparə xanımın sağında və solunda əyləşərək ağızlarına su alıb susan hakimlər niyə görə vicdanlarının şəsini dinləyib bu ahıl, ədalətsiz hakimə "Dayan dur, Allahın divanından qorx" demədilər? Bunlar bir yana, Məhparə xanımın tabe olduğu Ali Məhkəmənin sədri cənab Ramiz Rzayev bu ədalətsiz qərarın qəbul edilməsinə işin mahiyyətinə varmadan niyə ğörə tütduğu yuksək vəzifə mövqeyindən sui-iştifagə etməklə hakimə xüsuşi göstəriş verdi? Yəqin ki, cənab Ramiz Rzayevin belə bir ədalətsiz qərarın qəbulu haqqında məxsusi ğöştəriş verməsinə də SDU-nun saxtakar rektoru Elxan Huseynovun çox ciddi təsiri olmuşdur. Qeyd edək ki, dosent Neyman Xasayev haqq-ədalətin bərpası naminə, bir çox qərəzli, qaranlıq məqamların aydına çıxması, Universitetin rektoru Elxan Huşeynovun növbəti məhkəməyə çirkli yollarla müdaxiləsinin qarşısının alinması məqsədi ilə yenidən Respublika Prezidenti, Cənab İlham Əliyevə , Vitse-prezident Mehriban xanım Əliyevaya, Məhkəmə Hüquq Şurasının sədri cənab Fikrət Məmmədova, bu işdə son dərəcə məsul olan Təhsil Naziri cənab Emin Əmrullayevə, Ali Məhkəmənin sədri cənab Ramiz Rzayevə və nüfuzlu, ədalətli şəxs kimi tanınan, müəllim barəsində Sumqayıt Apelyasiya Məhkəməsinin ədalətli qərar çıxarmasına şəxsən nəzarət etmiş Sumqayıt Apelyasiya Məhkəməsinin sədri cənab Tofiq Paşayevə növbəti Apelyasiya Məhkəməsi prosesinin gedişini ciddi nəzarətə almaları barədə müraciət unvanlamışdır.. Biz isə sayıt olaraq narahat olduğumuz bir məsələyə, yəni hakim R.Qoşqarlının SDU- nun "Tarix və onun tədrisi metodikası" kafedrasını orada bir vahabi və bir nurçunun müəllim kimi uzun müddət sərbəst şəkildə fəaliyyət göstərmələri ilə baglı "KRİMİNAL ZONA" adlandırması faktına diqqəti yönəltmək istərdik. Maraqlıdır, kafedra müdiri Sona Məhərrəmovanın öz favoritləri kimi mühafizəsini təşkil etdiyi, ölkədə qarışıqlıq yaratmaq istəyən beşinci kalona xidmət edən bu qorxulu təriqətlərin üzvlərinə qarşı niyə görə Təhsil Nazirliyi və hüquq mühafizə orqanları qabaqlayıcı, profilaktik tədbirlər görmək istəmirlər ? Əyər kiçik bir kafedrada dövlətə, dövlətçiliyə zidd fəaliyyətlə məşğul olan qiyamçı təriqətlərin iki fəal nümayəndəsi müəllim kimi çalışırsa onda haqqında bəhs etdiyimiz Universitetdə nurçu və vahabilərin yeraltı və yerüstü şəbəkələri də gözəgörünməz əl tərəfindən yaradılmış münbit şəraitdən qaynaqlanaraq sərbəst şəkildə fəaliyyət göstərməkdədirlər ... Yəqin ki, aidiýyətı üzrə hüquq mühafizə orqanları və xüsusi ilə də Təhsil Nazirliyi Türkiyədə 2016- çi il də baş vermiş "derbe" hadisəsinin Azərbaycanda təkrarlanmasının qarşısını almaq üçün gec də olsa SDU-da lazımi tədbirlər həyata keçirəcəklər. Onu da qeyd edək ki, aldığımız məlumata görə Universitet rəhbərliyi torpaqlarımızın düşmən tapdağından azad olunması naminə sinəsini sipər etmiş ali məktəbin mühafizə xidmətində işləyən bir qazının əmək haqqını artırmaq barədə xahişinə qazi də daxil, 18 mülki mühafižə işcisini qovmaqla cavab vermişdir. Bununla da Universitetin rektoru Elxan Hüseynov, SDU-ya həqiqətən də öz şəxsi mülkiyyəti kimi yanaşdığını bir daha təsdiqləmişdir ...

Aldığımız digər məlumata görə SDU-nun Tarix və Coğrafiya fakültəsindəki dekan kreslosundan 20 ildir ki, dörd əl-ayağı ilə möhkəm-möhkəm yapışıb qopmaq fikri olmayan Adil Baxşəliyev Neyman müəllim kimi keçilməz bir səddi uçurduğuna, bir ay müddətinə baş tutacaq növbəti dekan seçkilərində qeyri-qanuni yolla qalıb gələcəyinə, bu vaxta qədər həyata keçirdiyi cinayətkar əməllərə görə sorğu-suala çekilməyecəyinə tam əmin olub arxayın formada gəzib dolaşmaqdadır. Neyman müəllimə qarşı qara piar kompaniyası aparan zaman Adil Baxşəliyevin strateji tərəfdaşı olmuş Sona Məhərrəmova isə yaxınlaşan növbəti kafedra seçkilərində də şecilməyərək asanlıqla yerlibazlıq zəminində öz layiq olmadığı kreslosuna yenidən təyinat alacağına tam arxayın şəkildə, asudə nəfəs almaqla... hərəkət etməkdədir. Biz KİV olaraq Təhsili Naziri cənab Emin Əmrullayevi SDU-nun Tarix və Coğrafiya fakültəsində ňeçe illərdir davam edən bu qanunsuz əməllərə, cinaýət xarakterli işlərə qəti şəkildə son qoymağa çağırırıq... İnanmaq istərdik ki, SDU-da Təhsil Naziri Emin Emrullayevin ciddi şəkildə işə qarışması nəticəsində haqsızlıqlara, hüquqsuzluqlara tezliklə son qoyulacaq, əvəzində bu ali təhsil ocağında haqq-ədalət bərqərar olacaq.

P. S. Biz Qaynar.media saytı olaraq bu utanverici problemi öz müsbət həllini tapana qədər diqqətdə saxlayacağıq...
A. Peymanov
Qaynar.mediaскачать dle 12.1