Bia.Az

Bu gün şəhid Eltac Mirzəyevin anım günüdür - Doğulduğu kənddə xatirəsi əbədiləşdirilib (FOTOLAR)

Cəmiyyət
 18-11-2021, 15:01     181

Bu gün 44 günlük Vətən müharibəsində şəhid olmuş Eltac Mirzəyevin anım günüdür.

Onun xatirəsinin əbədiləşdirilməsi məqsədilə doğulduğu Tovuz rayon, Məşədilər kəndinin mərkəzində yaradılmış bulaq kompleksinin açılışı olub. Anım mərasimi xatirə kompleksinin önündən başlayıb, şagirdlər, məktəbin kollektivi, kənd sakinləri və rayon rəhbərliyi abidənin önünə toplaşıb. Çıxış edənlər Vətən müharibəsində Azərbaycan Ordusunun qələbəsindən, şəhidin keçdiyi döyüş yolundan danışıb, onun ruhuna dualar oxuyublar. Şagirdlər abidənin önünə gül dəstələri qoyub şəhidlərimizə həsr olunmuş şeirlər söyləyiblər.

Daha sonra kənd qəbristanlığında şəhid Eltac Mirzəyevin məzarı ziyarət edilib, onun ruhuna ehsan süfrəsi açılıb.

Xatırladaq ki, Eltac Mirzəyev 44 günlük müharibənin ilk günündən döyüşlərə qatılıb, Füzulinin alınmasında iştirak edib. Xocavənd uğrunda baş verən döyüşlərin birində qəhrəmanlıqla həlak olub.

Ali Baş komandan İlham Əliyev tərəfindən "Cəsur döyüşçü", "Füzulinin azad edilməsinə görə" medalları ilə təltif olunub.

Allah rəhmət eləsin!








скачать dle 12.1