Bia.Az

Mingəçevir icra başçısının "Qaqa kirvə"si ASAN xidmətdə hoqqa çıxarıb - Mühafizəçilər isə onu...

Cəmiyyət
 17-11-2021, 00:39     568

Fotoda gördüyünüz bu adam nə padşahdı, nə xan, nə nazirdi, nə qubernator, nə də icra başçısı. Bu görkəmli (xarici görnüşünə görə deyirəm ha,yoxsa şair-zad deyil) cavan oğlan icra başçısı olmasa da, Mingəçevirin icra başçısının kirvəsidi. Özü də "Qaqa kirvə", "Qıdı kirvə" yox, məhz QAQA KİRVƏ...

Bəli, düz oxudunuz, Mingəçevirin icra başçısının, yəni cənab İlham İsmayılovun vəzifəyə tıəyin etdiyi kirvələrindən biri... Amma bu yazıda mənim amacım heç də Ramiz Əliyevin kirvəlik səlnaməsindən söhbət açmaq deyil. Çünki bu "növcavan" Ramiz Əliyev elə bir addım atıb ki, kirvəlik məsələsi onun yanında toya getməlidir.

Öncə qeyd edim ki, Ramiz Əliyev Mingəçevir Şəhər Bələdiyyəsinin sədridir. Özü demişkən, onu bu vəzifəyə icra başçısı İlham İsmayılov təyin edib. Ona görə də bir nəfərin də hünəri yoxdur ki, Ramiz kişiyə gözün üstə qaşın var, desin. Elə bundan rahatlanan "qospadin" Əliyev işlə bağlı getdiyi ASAN xidmət mərkəzində bir anlıq özünün unudub və elə bilib ki, şəhərdəki hansısa "JEK"ə gedib. 

Belə ki, noyabrın 12-də bələdiyyə sədri, ərköyün kirvə "qaqalığına" salaraq elektron növbə götürmədən notariusun otağına daxil olub və deyib ki, ayə mənim sənədlərimi təcili təsdiq et, gedirəm. Yeni kadrlardan olan gənc notarius ona başa salıb ki, növbəsiz otağa daxil olmaq olmaz və mütləq elektron növbə götürüb gəlmək lazımdır. Ancaq bir sıra ləqbləri ilə məhşur olan Ramiz Əliyev səsini ucaldaraq deyib ki, bəs sən məni tanımırsan, mən şəhər bələdiyyəsinin sədriyəm. Ancaq notarius ona başa salmağa çalışıb ki, kim olursan ol, burada göstərilən bütün xidmətlər növbəlilik prinsipi ilə həyata keçirilir. Kirvə isə öz ampluasında əl çəkməyib və m...lıq edib. Bu zaman notarius xidməti göstərən şəxs mühafizəçiləri çağırmaq zorunda qalıb və bildirib ki, bu şəxs dərhal otaqdan çıxarılmalı və ona elektrun növbənin alınmalı olduğu başa salınmalıdır.

Hadisə şahidinin bizə verdiyi məlumata görə Ramiz Əliyev kirvəlik etdiyi icra başçısının ASAN xidmətdə işləyən oğlunu da köməyə  çağırmaq və özünü təqdim etmək istəyib. Bu da alınmayıb. Çünki icra başçsının oğlu onun xarakterini və səviyyəsini bildiyi üçün oraya ayağını belə basmayıb. Əlqərəz, ASAN xidmətdə gənc kadrlar Bələdiyyə sədrinə əsl insanlıq və davranış dərsi keçiblər....

Bax, belə-belə işlər...

Elcin,

BİA.AZ
скачать dle 12.1