Xırdalanda 1 nömrəli orta məktəbin 5 b sinif şagirdlərinın Zəfər günü münasibətilə kecirdikləri tədbir mənalı oldu - FOTO

BİA.AZ xəbər verir ki, Xırdalandakı 1 nömrəli orta məktəbin 5 b sinif şagirdləri Zəfər gününə həsr olunmuş tədbiri dərin vətənpərvərlik və milli qürur hissi ilə qeyd ediblər. Tədbirin keçirilməsində onlara yaxından dəstək olan sinif rəhbərləri -Azərbaycan dili müəlliməsi Nigar Qurbanova tədbiri açıq elan edərək şagirdlərə ilk növbədə işğaldan azad olunmuş bölgələrin tarixi , coğrafiyasi barədə məlumat vermiş, daha sonra onlarin dünyagörüşünü Vətən müharibəsində qəhrəmanlıq göstərən əsgər və zabitlərin, qazilərin, şəhidlərin həyat və mübarizə yolunu əks etdirən məlumatlarla zənginləşdirmişdi.
5 -ci sinif şagirdləri Zəfər gününə həsr olunmuş şeirlər söyləmiş , şəhidlərimizin həyat yolunu əks etdirən materiallar təqdim etmişlər.
Tədbirdə xüsusilə Xırdalan şəhəri 1 sayli orta məktəbin məzunu şəhid Həmidzadə Hüseyn Akif oğlunun 44 günlük haqq savaşında keçdiyi döyüş yolunda göstərdiyi igidliyindən, şücaətindən bəhs olunmuş, şagirdlərə onun həyatı barədə geniş məlumat verilmişdir.
Həmidzadə Hüseyn Akif oğlu 1995-ci il oktyabr ayının 15-də Bakı şəhərində anadan olub . 2013-cü ildə Xırdalan şəhəri 1 nömrəli orta məktəbi bitirmiş, 2014 - 2018 ci illərdə Kooperasiya Universitetinin iqtisadiyyat fakültəsində ali təhsil almışdır. 2018-ci ildə Murovdağ zirvəsində həqiqi hərbi hissədə xidmətdə olmuşdur.
Vətənə ürəkdən bağlı olan Hüseyn Həmidzadə Vətən müharibəsi başlayan an könüllü olaraq Cəbrayıl rayon komissarlığına yazılır və qısa müddətdə ön cəbhəyə yollanır. Və söz verir ki komandiri olan Polad Həşimovun intiqamını düşməndə qoymayacaq.
Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının işğaldan azad edilməsində qəhrəmanlıq göstərən Hüseyn düşmənin çoxsayda tankını, texnikasını sıradan çıxarır, böyük şücaət göstərərək əsl qəhrəmanlıq simvoluna çevrilir. Beləki, Hüseyn Akif oğlu oktyabrın 25 - də Xocavənd rayonu ərazisində gedən döyüşlər zamanı ağır yaralanır, 1 noyabr 2020-ci ildə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlir.
Əslən Şəkidın olan şəhid Hüseyn Həmidzadə rayonun Oxut kənd məzarlığında dəfn olunub. Hüseyn Həmidzadə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə " medalı ilə təltif edilmişdir .
Vətənə ürəkdən bağlı olan Hüseyn Həmidzadə Vətən müharibəsi başlayan an könüllü olaraq Cəbrayıl rayon komissarlığına yazılır və qısa müddətdə ön cəbhəyə yollanır. Və söz verir ki komandiri olan Polad Həşimovun intiqamını düşməndə qoymayacaq.

Əslən Şəkidın olan şəhid Hüseyn Həmidzadə rayonun Oxut kənd məzarlığında dəfn olunub. Hüseyn Həmidzadə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə " medalı ilə təltif edilmişdir .
Tədbirdə şagirdlərin dilindən müəlliməsi Nigar Qurbanovanın Hüseyinə həsr etdiyi "Nur üzlü Hüseynim sən ölməmisən"adlı şeir səslənmişdir.
Atıldın şir kimi düşmən cənginə,
Vətən torpağına möhrünü vurdun .
Şəhid libasını geyib əyninə,
Qəlblərdə özünə xaniman qurdun .
Nur üzlü Hüseynim,sən ölməmisən,
Qarabağ tarixi səndən danışır.
Gələcək nəsillər dastanlar qoşur,
Şəhidlər adına incilər düzür.
Vətən torpağına möhrünü vurdun .
Şəhid libasını geyib əyninə,
Qəlblərdə özünə xaniman qurdun .
Nur üzlü Hüseynim,sən ölməmisən,
Qarabağ tarixi səndən danışır.
Gələcək nəsillər dastanlar qoşur,
Şəhidlər adına incilər düzür.
Sonda müəllimə Nigar Qurbanova tədbir iştirakçılarına qələbəmizin tarixi əhəmiyyətindən danışıb , bu qələbənin Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, Azərbaycan oğullarının şücaəti və xalqımızın birliyi sayəsində əldə edildiyini bildirib .





BİA.AZ