Ad gününüz mübarək, cənab Başcı!

Ağsu Rayonuna təyinatından sonra rayonda baş verən irəliləyişlər təbii ki, Rövşən Bağırovun adı ilə bağlıdır. Gəldiyi gündən ilk olaraq rayon əhalisini düşünən Rövşən Bağırov fəaliyyətini də məhz həmin istiqamətdə qurub. Şəhid və qazi ailələri başda olmaqla rayon əhalisinin problemlərini vaxtaşırı dinləyib onlara kömək etmək üçün karantin qaydalarının şərtlərinə uyğun qəbul keçirir. Rayonumuzdan olan şəhidlərin il dönümlərində iştirakı, onların valideynləri və ailə üzvləri ilə görüşləri onun bu sahəyə daha çox diqqət ayırdığının bariz nümunəsidir.
.
Cənab Bağırovun fəaliyyəti təkcə şəhid ailələri və qazilərə olan diqqət və qayğı ilə bitmir. Rayonun dalan və küçələrinə asfalt örtüyü vurulması göstərişini verən başçı şəhərin daha gözəl və abad görünməsinə çalışır. Son bir neçə ildir zəlzələdən ziyan görmüş ev sahiblərinin müşkül məsələsinə də məhz cənab Bağırovun gəlişindən sonra son qoyuldu. Dövlət büdcəsindən məhz həmin insanların evlərinin təmirinə pulun ayrılmasını təşkil edən Rövşən müəllim bu işi ilə əhalinin rəğbətini qazandı.Biz Xeberci org olaraq Ağsu Rayon İcra Hakimiyyətinin Başçısı cənab Rövşən Bağırova işlərində uğurlar arzu edirik. İnanırıq ki, onun daima xalqın qeydinə qalmasına çalışması Ağsu rayonunun inkişaf və rifahında böyük rol oynayacaq.
Ağsu Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırovun 55 yaşı tamam olub. Bu gün münasibətilə hörmətli Rövşən müəllimi kollektivimiz adından təbrik edir, ona uzun ömür, can sağlığı, işlərində uğurlar arzu edirik.
Hörmətlə:
Rustem ZAHİDOGLU, Xeberci.org