Bia.Az

Sürücü BNA-ya OD PÜSKÜRDÜ: “Boğaza yığmısız”

Cəmiyyət
 13-10-2021, 23:22     26

Bakıda nasaz vəziyyətdə məcburi dayanan avtomobil cərimələnib.

Lent.az xəbər verir ki, bu barədə sürücü Həzrət Yusifov sosial şəbəkədə məlumat paylaşıb.
O bildirib ki, hadisə oktyabrın 11-də paytaxtın Nərimanov rayonu, Əhməd bəy Ağaoğlu küçəsində qeydə alınıb:

“BNA boğaza yığıb bizi, qanunsuz cərimələrdən bezmişik. Oktyabrın 11-i, saat 11:15-də Nərimanov rayonu, Əhməd bəy Ağaoğlu küçəsində avtomobilimdə nasazlıq yarandığı üçün məcburi olaraq yolun sağında dayandım. Ərazidə qadağanedici nişan və ya məlumat lövhəsi olmadığı halda mənə əsassız yerə cərimə yazılıb”.
Avtomobil məsələləri üzrə ekspert Eldəniz Cəfərov mövzu ilə bağlı Lent.az-a bildirib ki, avtomobil yaranmış nasazlıq səbəbilə yolun kənarında dayanırsa ona cərimə yazıla bilməz:
“Ümumilikdə bu gün Azərbaycanda dayanma-durmaya görə olan cərimələrin təxminən üçdə biri əsassızdır. Ona görə də təklif edirik ki, belə cərimələr ümumiyyətlə ləğv edilsin. Məsələn, avtomobildə nasazlıq yaranıbsa, yanacaq qurtarıbsa, zərurət yarandığı halda maşın yolun sağında dayanıbsa, onlara yazılan cərimələr silinməlidir.
Yol hərəkəti haqqında qanuna əsasən, əgər avtomobildə nasazlıq yaranıbsa, yaxud qəza baş veribsə, nəinki yolun sağında, hətta ortasında belə dayanmaq qayda pozuntusu deyil. Çünki bu sürücünün iradəsindən asılı olan məsələ deyil. Bu hallarda BNA-nın cəriməsindən söhbət gedə bilməz”.скачать dle 12.1