Bia.Az

Daha bir universitetin qarşısında izdiham - AÇIQLAMA + FOTO

Cəmiyyət
 29-09-2021, 13:53     14

Daha bir universitetin qarşısında tələbələrin və əməkdaşların COVID-19 pasportunun yoxlanılması zamanı qapıda sıxlıq yaranıb. Sosial şəbəkələrdə Azərbaycan Dillər Universitetinin qarşısında sıxlığın yaranması barədə videogörüntü yayılıb.

Azərbaycan Dillər Universitetindən saytımıza bildirilib ki, paylaşılan görüntülərdəki şəxslər universitetin inzibati binasına buraxılmayan valideynlərdir.

Qeyd edək ki, sentyabrın 29-dan Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrində ənənəvi şəkildə tədrisə başlanılır. Universitetlərdə tələbələrin və əməkdaşların COVID-19 pasportunun yoxlanılması prosesi qapıda xaosun yaranmasına səbəb olub.

Xatırladaq ki, ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərdən COVID-19 pasportu, COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı tələb edilir. скачать dle 12.1